"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsi fərqlənən quluqçuları təltif edib

--2017-10-26 / 14:28

Biləcəri bələdiyyəsinin inzibati binasında 2017-ci ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Tədbirdə Binəqədi rayon  Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, bələdiyyə üzvləri və qulluqçuları iştirak edib.

Biləcəri bələdiyyəsinin sədi Hikmət Quliyev iclası giriş sözü ilə açaraq 2017-ci ilin yanvar-sentyabr ayları ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələr əldə olunmuş və hələdə görüləsi işlərin olduğunu vurğulayıb.

Sonra yığıncaqda Biləcəri bələsiyyəsi sədrinin 26.10.2017 – ci ili tarixli 01-08/12-ü saylı əmri Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri S.Əliyeva tərəfindən səsləndirilmiş və əmrə əsasən bələdiyyənin bir neçə əməkdaşı təşəkkürnamə və maddi həvəsləndirmə ilə təltif edilib.

Belediyye.info

ŞƏRHLƏR