"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsi də ahıllara baş çəkib

--2016-10-07 / 01:34

Binəqədi rayonunda 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi və rayon bələdiyyələrinin təşkilatçılığı ilə ərazilərdə yaşayan ahıl sakinlər ziyarət edilmişdir.

Belediyye.infoya daxil olan məlumata görə, təşkil edilən ziyarətdə Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyə sədrləri, bələdiyyələrin  İctimai-humanitar  sektorunun rəhbərləri və 25 saylı şəhər poliknikasının tibb personalı iştirak ediblər.

Ziyarət olunan ahılların evlərində ilk öncə səhər saatlarında bələdiyyə əməkdaşları tərəfindən təmizlik işləri görülüb.

Daha sonra evləri ziyarət edilən ahıllarla birgə çay süfrəsi təşkil edilmiş, onlara bayram münasibətilə sovqat təqdim edilmiş və ixtisaslı həkim personalı tərəfindən tibbi müayinə olunmuşlar.

Səmimi keçən görüşdə evləri ziyarət olunan Biləcəri Bələdiyyəsi ərazisində yaşayan ahıl, uzun müddət Dövlət qulluqçusu olmuş, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ələkbərova Əminəxanım onlarla təşkil edilən bu görüşün əhəmiyyətindən danışmış və belə bir gündə ziyarət edildikləri üçün sevincli olduqlarını diqqətə çatdırmışdırlar. Ahıl şəxslər işlədikləri illərlə bağlı öz xatirələrini bölüşmüş, vətənə, xalqa xidmət etməyin ən şərəfli peşə olduğunu bildirmişdir.

O, Azərbaycanda ahıl insanlara dövlət qayğısının ildən-ilə artığını bildirmiş, göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə etmişdir.

Hər bir görüşün sonunda ahıllarla birgə xatirə fotosu çəkdirilmişdir.

Belediyye.info

ŞƏRHLƏR