"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bibiheybətlillərə hesabat verildi

--2018-01-16 / 08:46

Səbail rayon  Bibiheybət qəsəbəsində Səbail rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbə nümayəndəliyinin 2017-ci ilin yekunlarına həsr olunmuş illik hesabat yığıncağı keçirilib.

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Şahin Ağayev bildirib ki,  ötən il Salyan yolu küçəsi boyunca dağılmış istinad divarları bərpa edilmiş, yolun kənarına bordürlar düzülmüş, buradakı obyektlərin hasarları və istinad divarları təmir olunaraq yeni üslubda qurulmuşdur. Qəsəbədə işıq dirəkləri  dəyişdirilmiş, hasar və divarlar rənglənmiş, yararsız vəziyyətə düşmüş 120 p/m kanalizasiya xətti yenilənmiş, sakinlərin müraciətləri nəzərə alaraq əczaxana təmir olunmuş, Namiq Quliyev kücəsinə, Şıx massivində məhəllədaxili yolların bir hissəsinə 4.000 kv.m.asfalt örtüyü salınmışdır.

Qəsəbə nümayəndəliyinin inzibati binası təmir olunmuş, qəsəbənin girişində yeni yükləyici terminal quraşdırılmışdır. Qəsəbə nümayəndəliyi tərəfindən qəsəbədə, həmçinin  «Dostluq parkı» və «Şıx» sanatoriyası ərazisində gündəlik təmizlik və abadlıq işləri aparılır, nümayəndəlik tərəfindən gündəlik iş prosesində ev təsərrüfatları uçotu kitablarındakı məlumatların yenilənməsi işləri davam etdirilmişdir.

Yığıncaqda çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev 2017-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən  Səbail rayonunda bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcəkdir.

Bidirilmişdir ki, RİH tərəfindən rayonun qəsəbə və yaşayış məntəqələrində  məhəllələr   abadlaşdırılacaq, qəsəbədaxili yolların təmiri, su və kanalizasiya sistemləri yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işaqlandırılması ilə bağlı tədbirlər görüləcəkdir.

Yığıncaqlarda mövcud problemlərdən danışılmış,  sakinləri maraqlandıran suallar cavablandırılmış, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. 

Belediyye.info 

ŞƏRHLƏR