Bibiheybət bələdiyyəsinin 2022-ci il üzrə fəaliyyətində əsaslı irəliləyişlər olmuşdur.Belə ki, 2022-ci ildə bələdiyyənin ümumi gəliri 31170 manat, xərci isə 34276 manat olmuşdur.Büdcə gəlirinin əsas mənbəyi olan əmlak vergisi 9145 manat, torpaq vergisi 1580 manat, mehmanxana və sanatoriya ödənişləri 7885 manat, avtomobillərin dayanacaqları üçün ödənişlər 1100 manat, bələdiyyə mülkiyyətinin icarəsinə görə ödənişlər 4000 manat, hüquqi şəxslərin maliyyə yardımları 2460 manat və dövlət büdcəsindən bələdiyyə üçün ayrılan dotasiya 5000 manat bələdiyyənin illik büdcəsini təşkil etmişdir.Büdcə gəlirlərinə əsasən 2022-ci ili məhsuldar il hesab etmək olar.
Maddi yardımlar, mədəni kütləvi tədbirlər, təmir abadlıq, qəbirstanığın saxlanılması, əmək haqqı ödənişləri və digər idarəetmə xərcləri bələdiyyənin ümumi xərclərini təşkil edir.Belə ki, il ərzində idarəetmə orqanının saxlanılması xərcləri 19362 manat, yerli sosial müdafiə və təminat, sosial inkişaf proqramlarının maliyyələşdirilməsi üçün xərclər 14914 manat olunmuşdur.
2022-ci il ərzində Səbail rayonunun digər icra strukturları ilə yanaşı Bibiheybət bələdiyyəsinin də əsas fəaliyyəti şəhid, qazi, müharibə iştirakçıları onların ailələrinin diqqət mərkəzində saxlanılması, onların sosial problemləri, eləcə də digər qayğıları ilə daim maraqlanmaq olmuşdur.Belə ki, 44 günlük müharibədə Səbail rayonundan olan 15 nəfər şəhidin anım günlərinin təşkili, onların doğum günlərinin anılması, xatirə baralyeflərinin açılışlarında diqqət və qayğı göstərilməsi istiqamətində yaxından iştirak edilmişdir.Bibiheybət qəsəbəsinin 44 günlük müharibədə iştirak edən 6 nəfər döyüşçü və onların ailələri daim diqqət mərkəzində saxlanılmış, mütəmadi ziyarət olunmuş, onlara maddi yardımlar verilmiş və problemlərinin həlli istiqamətində bir sıra işlər görülmüşdür.Bibiheybət qəbirstanlığında dəfn olunan I Qarabağ şəhidi Əliyev Camal Hacıağa oğlunun qızının müraciətinə əsasən dağılmış vəziyyətdə olan qəbirüstü abidəsi tərəfimizdən yenidən bərpa olunmuşdur.
Bibiheybət qəsəbəsinin sakinlərinin müraciətinə əsasən Namiq Quliyev küçəsində Bakı Abadlıq Xidməti MMC tərəfindən qəsəbədə yenidənquma və təmir işləri aparılmayan ara küçələrdə təmir və bərpa işləri aparılmışdır.
Bibiheybət qəbirsatnlığının baxımsız vəziyyətdə olduğundan şikayətçi olan qəsəbə sakinlərinin müraciətinə əsasən qəbirstanlığda Bibiheybət bələdiyyəsi tərəfindən bir sıra işlər görülmüşdür: anti-sanitar vəziyyət aradan qaldırılmış, ərazi tullantılar, quru ot və quru yarpaqlardan təmizlənmiş ,qəbiristanlığın yararsız vəziyyətdə olan pilləkənləri bərpa olunmuşdur.
Bibiheybət bələdiyyəsi tərəfindən Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı və Yeni il bayramları münasibəti ilə qəsəbənin aztəminatlı, təkvalideynli, çoxuşaqlı, doğuşdan qüsurlu, əlil və şikəstliyi olan ailələrə ərzaq yardımları,ət payları və ərzaq mağazasından hədiyyə kartları təqdim olunmuşdur.
Sosial məsələrlə bağlı daimi komissiya daxil olmuş müxtəlif səbəbli maddi yardımla əlaqəli müraciət edən 17 nəfər qəsəbə sakininə iclas qərarına əsasən maddi yardımlar verilmişdir.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü, 26 İyun Silahlı Qüvvələr Günü, 8 Noyabr Zəfər Günü münasibəti ilə mədəni kütləvi tədbirlər keçirilmiş, eyni zamanda rayonun təşkil etdiyi bütün tədbirlərində yaxından iştirak edilmişdir.
Qəsəbədə fəaliyyət göstərən 50 saylı tam orta məktəbin 11-ci sinif şagirdləri arasında 2021-2022-ci tədris ili üçün Bibiheybət bələdiyyəsi tərəfindən keçirilən müsabiqə başa çatmış, şərtlərə uyğun olaraq ali məktəblərə qəbul olmuş tələbələr tərəfimizdən mükafatlandırılmışdır.
Ötən il ərzində sakinlər tərəfindən ağacların götürülməsi ilə bağlı çoxlu sayda müraciət daxil olmuş, müraciətlər aidiyyatı üzrə yönləndirilmişdir.Bundan başqa bələdiyyə sədri V.Həsənovanın iştirakı ilə BİH Yaşıllaşdırma İdarəsinin heyəti ilə birlikdə qəsəbədə budanmaya ehtiyac olan ağaclarla bağlı monitorinq keçirilmiş, lazimi qeydlər aparılmışdır.
2022-ci ilin iyun ayından etibarən qəsəbənin digər icra strukturları ilə birlikdə sakinlərin səyyar görüşləri keçirilmişdir.Görüşlərdə bələdiyyə üzvləri ilə yanaşı rayon icra hakimiyyətinin nümayəndəliyi, komunal xidmətlərin nümayəndələri, polis nümayəndələri də iştirak etmişdir.Sakinlərin şikayətlərinə yerində baxılmış, olunan müraciətlər aidiyyatı üzrə yönləndirilmiş və problemlərin həlli istiqamətində operativ tədbirlər görülmüşdür.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti “Cənubi Qafqazda inkişaf üçün yaxşı idarəçilik” proqramı çərçivəsində Bələdiyyələr nəzdində yaradılmış Gender komissiyaları üçün təlim kurslarda, daha sonra Avropa İttifaqının maliyyə dəstəyi ilə Ailə,qadın və uşaq problemləri üzrə dövlət komitəsi tərəfindən Gender bərabərliyi və idarəetmə müvzusunda keçirilən təlimlərdə Bibiheybət bələdiyyəsinin Gender komisiyyası olaraq iştirak edilmiş, təlim mövzuları ilə yaxından tanış olunaraq mövzulara dair praktiki biliklərə yiyələnmişdir.
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağında Səbail rayonu Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova AQBMA idarə heyətinə üzv seçilərək Bibiheybət bələdiyyəsinin tarixində bir ilkə imza atmış oldu.
Səbail rayonu Bibiheybət bələdiyyəsi