"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bibiheybət bələdiyyəsi vətəndaşlarla səyyar görüşləri davam etdirir

--2022-11-23 / 16:20
Cari ilin yay aylarıdnan başlayaraq  Bibiheybət bələdiyyəsində qəsəbə sakinləri ilə sıx əlaqələrin yaranması, sakinlərin problemləri ilə tanış olub onların həlli istiqamətində vaxtında tədbirlərin görülməsi məqsədi ilə mütəmadi səyyar görüşlər keçirilir.
Görüşlər həftənin cümə günləri bələdiyyə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, komunal xidmətlərin nümayəndələri, polis əməkdaşları, qəsəbədə yenidənqurma və abadlıq işləri aparan Bakı Abadlıq Xidmətinin nümayəndələrinin iştirakı ilə baş tutur.
Görüşlərdə müraciət edən sakinlər qeydiyyata alınır, müraciətlər ərizələr əsasında aidiyyatı qurumlara yönəldilir və ya yerində baxış keçirilərək operativ şəkildə problemin həlli istiqamətində tədbirlər görülür.
Bibiheybət bələdiyyəsi yerli özünüidarə orqanı olaraq inzibati ərazisində bələdiyyə-vətəndaş münasibətlərinin inkişafına yönələn, bələdiyyənin səmərəli fəaliyyətinə yaxşı təsir edən tədbirlərin həyata keçirilməsini dəstəkləyir və hər zaman sakinlərə böyük məmuniyyətlə xidmət göstərir.
Bibiheybət bələdiyyəsi 
ŞƏRHLƏR