"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Beş suala bələdiyyə sədrindən ekspromt cavab : YENİ LAYİHƏ

--2019-02-11 / 04:03

 Bələdiyyə.infonun suallarını Lənkəran rayonu Hirkan bələdiyyəsinin sədri Ələmşah Məmmədov cavablandırır:

  • Bələdiyyə sədri olaraq bu gün Sizi daha çox hansı məsələ düşündürür?
  • Bu gün məni bələdiyyə sədri olaraq düşündürən bələdiyyələrin inkişaf ətdirilməsi və fəaliyyətlərində dərin dönüşün yaradılmsıdır. Bələ bələdiyyələrin fəaliyyəti üçün əlavə gəlir bazası yaradılmalıdır.
  • Vətəndaş qəbulu zamanı qaldırılan probləmlərin həlli hansı səviyyədədir?
  • Vətəndaşların qəbulu zamanı qaldırılan problemlar dərindan araşdırılır. Tərəfimizdən həlli mümkün olan problemlar vaxtında həllini tapır, mümkün olmayanı barədə vətəndaşa yazılı ya şifahi izahat verilir ki mümkünsüzdür, ya da aidiyyati qurumlar qarşısında məsələ qaldırılır.
  • Büdcə gəlirləriniz 2017-ci illə müqayisədə artım daha çox hansı istiqamətlərdən olub?
  • Afsuslar olsun ki bůdca galirimzda kecən illə nisbatan artım yox azalma olmuşdur. Bu da fiziki şəxslərdən yıĝımın yəni əmlak, torpaq vergisindan, icarənin zəif ödanişindan irəli gəlmişdir. Bələdiyyələrə əlavə gəlir mənbələri ayrılarsa işlərini qurmaq işləmak istayan bələdiyyə sədrlari ůcůn daha maraqlı olar. Cünkü kənd və qəsəbə bələdiyyələrinin 70 faizinda mədən vergiləri, mehmanxana rusumları, reklam rüsumları va digar gəlirlər yoxdur. Əmlak vergilərində təqaüdçülərə verilən imtiyazlar vergiləri 50 faiz azaldır. Ela bilirik ki, hökumətimiz bu barədə düşünüb bir iş göracək. Bələdiyyə qulluqcularının rifah halının yaxşılışdırılmasından ötəri bələdiyyənin özünün rifahı yaxşı olmalıdır. Amma bəzi bələdiyyələrdə xüsusən əyalət bələdiyyələrini nəzərdə tuturuq, torpaq va əmlak vergilərinin yıĝımı heç də bələdiyyənin maddi bazasını tamin etmir. Bizim yıĝılması nəzərdə tutulmuş vergilərimiz cəmi 16000 manat hesablanıb. Galin hesablayaq, imtiyazlı vətəndaşları, ödənmədən yayınanları da cıxsaq cami 11-12 min vergi yıĝılsa bu vəsaitin xərc smetası ilə rifah halını yaxşılaşdırmaq mümkünmü?
  • Bələdiyyə qulluqçularının seçimində sizdə yaradılan komissiya hansı məqamlara üstünlük verir?
  • Bələdiyyə qulluqcularımın seciminda komissiya etik qaydaları bilən, vətəndaşlarla işləməyi bacaran əsasən isə dövlətimizin qarşımıza qoyduĝu qanun və tələblərə riayat etməyi bacaranlara, ümumi mənafeyi şəxsi mənafedən üstün tutmağı bacaranları secim edirlər.

 Belediyye.info

ŞƏRHLƏR