"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Beş suala bələdiyyə sədrindən ekspromt cavab : YENİ LAYİHƏ

--2019-02-08 / 04:10

Belediyye.infonun suallarını ilk olaraq Sabunçu rayonu Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova cavablandırır:

  • Bələdiyyə sədri olaraq bu gün Sizi daha çox hansı məsələ düşündürür?
  • Hazırda bizi, bələdiyyə sədri olaraq, narahat edən əsas məsələ fiziki şəxslərin istifadəsində olan sənədsiz evlərin sənədləşdirilməsidir. Bu gün Zabrat bələdiyyəsinin ərazisində kifayət qədər sənədləşdirilməmiş evlər vardır ki, onları yerli vergilərin ödənişinə cəlb etmək mümkün deyildir. Proses baş tutmuş olsa, bələdiyyə büdcəsinə hər il yüz min manata yaxın vəsait daxil ola bilər
  • Vətəndaş qəbulu zamanı qaldırılan problemlərin həlli hansı səviyyədədir?
  • Bələdiyyəyə edilən müraciətlərin əksəriyyəti öz həllini tapır.
  • Büdcə gəlirləriniz 2017-ci illə müqayisədə artım daha çox hansı istiqamətlərdən olub?
  • Daha çox fiziki şəxslərdən əmlak və torpaq vergisindən daxil olub.
  • Bələdiyyə qulluqçularının seçimində yaradılan komissiya hansı məqamlara üstünlük verir?
  • Bələdiyyə qulluğuna qəbul zamanı daha çox gənc, işgüzar və təcrübəsi olan şəxslərə üstünlük veririk.
  • Bu gün bələdiyyə qulluqçulaırnın sosial-rifah halını yaxşılaşdırmaq istiqamətində hansı işlər görülür?
  • Qeyd edim ki 2018-ci ildən bələdiyyə qulluqçularına ayılıq əməkhaqqları artırılıb və bayramlar ərəfəsdində daim mükafatlar verilir.

Belediyye.info

ŞƏRHLƏR