"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə şəhərində park və meydanlarda dezinfeksiya işləri aparılıb

--2020-03-30 / 15:40

Bərdə şəhər bələdiyyəsi Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi Bərdə RİH-in təşəbübüsü və dəstəyi  ilə şəhərin park və meydanlarında koronavirus (COVID -19) infeksiyasına qarşı dezinfeksiya işləri aparıb. Dezinfeksiya işlərində yüksək keyfiyyətli dərman preparatlarından, xloramindən istifadə olunub. Bu barədə məlumat Bərdə bələdiyyəsindən daxil olub.

Xatırladaq ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması və bununla bağlı bütün tədbirlərin təxirə salınması barədə qərar qəbul olunub, hazırda bütün ölkə üzrə xüsusi rejimli karantin tətbiq edilir.

https://www.youtube.com/watch?v=0_i9j-BKHQs

Belediyye.info

ŞƏRHLƏR