"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə Regional Ədliyyə Idarəsi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi işi davam etdirilir

--2019-08-17 / 10:32

Bərdə Regional Ədliyyə Idarəsinin əməkdaşları tərəfindən Bərdə rayonunun Mustafaağalı bələdiyyəsində Mustafaağalı, Məşədiibişli və Mollalı  bələdiyyələrin üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədi ilə seminar keçirilmişdir.

Seminarda Regional Ədliyyə Idarəsinin əməkdaşları tərəfindən “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, “Yerli özünüidarəetmədə etik davranış”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi”, “Qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri” və digər mövzular üzrə  məruzələr edilərək qeyd olunan məsələlərlə bağlı qanunvericiliyin tələbləri və bu sahədə bələdiyyələrin hüquq və vəzifələri geniş izah olunmuş, habelə iştirakçıları maraqlandıran məsələlər üzrə suallar cavablandırılmışdır.

 Beledieyye.info

ŞƏRHLƏR