"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə Regional Ədliyyə İdarəsi semianr keçirib

--2018-10-19 / 15:46

Bərdə Regional Ədliyyə İdarəsi tərəfindən Ədliyyə Akademiyası ilə birgə Bərdə Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına daxil olan bələdiyyə üzvləri və qulluqçuları üçün 19.10.2018-ci il tarixdə maarifləndirmə məqsədilə tədris kursu keçirilib.

Tədbiri Bərdə regional ədliyyə idarəsinin rəisi Mövsüm Hüseynov giriş sözü ilə açaraq Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən layihələr barədə iştirkaçılara məlumat verib.

Tədbirdə “İnzibati aktların forması, inzibati akta dair ümumi tələblər, inzibati aktların icra edilməsi qaydası”, “Bələdiyə qulluqçularının etik davranış qaydaları, bələdiyyə qulluğuna qəbul prossesində şəffavlığın təmin edilməsi” və “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi, bələdiyyə torpaqlarının qiymətləndirilməsi” mövzularında Ədliyyə Nazirliyinin Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, ədliyyə müşaviri Mətanət Əsgərova, Ədliyyə Akademiyasının Ədliyyə sahəsində idarəetmə kafedrasının müəllimi, I dərəcəli ədliyyə qulluqçusu Səyyad Məcidov və Ədliyyə Akademiyasının Bələdiyə, dövlət və qeyri-dövlət qurumları üçün hazırlıq fakultəsinin baş məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu Samir Nuriyev   mühazirələr oxuyublar.

Proqramın davamı olaraq mühazirələr   dinlənildikdən   sonra   iştirakçılar mövzular   ətrafında məruzəçilərə müxtəlif   suallar vermiş və verilən bütün suallar   cavablandırılmışdı.

Bərdə Regional Ədliyyə İdarəsi

ŞƏRHLƏR