"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə Regional Ədliyyə İdarəsi maarifləndirilmə işini davam etdirir

--2019-09-07 / 09:06

Bərdə Regional Ədliyyə İdarəsi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi işi davam etdirilir.

Bərdə Regional Ədliyyə Idarəsinin əməkdaşları tərəfindən Bərdə rayonunun Otuzikiliər bələdiyyəsində Otuzikiliər, Hacıəhmədli, Kolayır, Gülgəzli, Hacıbəyli və Mirzəxan Qaraqoyunlu bələdiyyələrin üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədi ilə seminar keçirilmişdir.

Seminarda Regional Ədliyyə Idarəsinin əməkdaşları tərəfindən “Sahibkarlığın inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında bələdiyyələrin rolu”, “Ailə kəndli təsərrüfatlarının uçotunun qanunvericiliyə uyğun aparılması və onun əhəmiyyəti, “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi”, “Qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri” və digər mövzular üzrə  məruzələr edilərək qeyd olunan məsələlərlə bağlı qanunvericiliyin tələbləri və bu sahədə bələdiyyələrin hüquq və vəzifələri geniş izah olunmuş, habelə iştirakçıları maraqlandıran məsələlər üzrə suallar cavablandırılmışdır.

Belediyye.info

ŞƏRHLƏR