"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə regional ədliyyə idarəsi hesabat verir

--2018-02-12 / 08:40

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət və onlara metodiki

yardımla bağlı 2017-ci il ərzində görülmüş işlər barədə

h e s a b a t

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət və onlara metodiki köməklik sahəsində Bərdə regional ədliyyə idarəsi tərəfindən 2017-ci il ərzində görülmüş işlər barədə hesabat verərkən aşağıdakıları bildiririk:

Müraciətlər üzrə:             

Hesabat dövründə İdarəyə bələdiyyələrin fəaliyyəti ilə bağlı 113-ü dublikat və təkrar olmaqla (2016-cı ildə 64-ü) ümumilikdə 224 vətəndaş müraciəti (2016-cı ildə 166) daxil olmuşdur ki, bunların da 215-i Bələdiyyələrlə iş mərkəzindən, 5-i Katiblikdən, 4-ü isə birbaşa daxil olmuşdur.

Həmişə olduğu kimi İdarəyə daxil olmuş vətəndaş müraciətlərinə qanunvericiliklə müəyyən olunmuş müddət ərzində baxılaraq, qanuni həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür.

Vətəndaş müraciətlərinə baxılması zamanı bir sıra hallarda vətəndaşlar İdarəyə dəvət olunaraq rəhbərlik tərəfindən qəbul edilmiş, digər hallarda isə İdarə əməkdaşları tərəfindən müvafiq olaraq yerlərdə araşdırma aparılmışdır. Müraciətlərin araşdırılmasının nəticəsi barədə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciət müəlliflərinə, müvafiq təşkilatlara və Bələdiyyələrlə iş mərkəzinə məlumat verilmişdir.

Müraciətlərə baxılarkən Tərtər rayonu Əskipara və Ağcabədi rayonu Avşar bələdiyyələrinin fəaliyyəti inzibati nəzarət icraatı qaydasında araşdırılaraq, həmin bələdiyyələrin maliyyə təsərrüfat fəaliyyətini əks etdirən və digər sənədləri İdarənin 21.02.2017-ci il tarixli 5-S-08 N-li və 07.06.2017-cı il tarixli 5-M-29/4 N-li məktubları ilə Bələdiyyələrlə iş Mərkəzinə təqdim olunmuşdur. Mərkəz tərəfindən isə prokurorluq orqanlarına göndərilmiş material üzrə Tərtər rayonu Əskipara bələdiyyəsinin sədri Nazir Qasımov barəsində Tərtər rayon Prokuroluğunda cinayət işi başlanılmış, Avşar bələdiyyəsi barəsində sənədlər isə Mərkəzin 03.07.2017-ci il tarixli 09/M-328 nömrəli məktubu ilə müvafiq qaydada inzibati nəzarətin həyata keçirilməsi üçün Bərdə regional ədliyyə idarəsinə gaytarılmışdır.

Bununla bağlı, araşdırma zamanı Avşar bələdiyyəsinin fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması və gələcəkdə yol verilməməsi üçün tərəfimizdən bələdiyyəyə 11.07.2017-ci il tarixli 5-M-29/4 nömrəli tövsiyə məktubu gönədrilmiş və həmin tövsiyyə məktubu bələdiyyənin 20.07.2017-ci il tarixli 11 nömrəli iclasında müzakirə edilərək, İdarəyə təqdim olunmuşdur.

Həmçinin, Bərdə rayonunun Qaradağlı bələdiyyəsinin sabiq sədri İbrahim Qarayevin fəaliyyətinin Respublika Baş Prokurorluğunda araşdırılması ilə əlaqədar həmin bələdiyyənin sabiq üzvlərindən alınmış izahatlar Baş Prokurorluğa təqdim olunması üçün Mərkəzə göndərilmişdir. Nəticədə toplanılmış materiallara əsasən Bərdə rayonunun Qaradağlı bələdiyyəsinin sabiq sədri İbrahim Qarayev barəsində Azərbaycan Respublikası CM-nin 308.1-ci və 313-cü maddələri ilə olan cinayət işi üzrə o, Bərdə rayon məhkəməsinin 21.08.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsinə əsasən üç il müddətə dövlət və yerli özünidarə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, habelə Bərdə rayon məhkəməsinin həmin tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar xitam verilmişdir.

Bundan əlavə, vətəndaş müraciətlərinin araşdırılması ilə bağlı ötən il ərzində Bələdiyyələrlə iş mərkəzinə təqdim olunmuş Tərtər rayonunun Qaradağlı bələdiyyəsinin sədri Novruz Ibrahimov barəsində sənədlər cari il ərzində Bələdiyyələrlə iş mərkəzi tərəfindən prokurorluq orqanlarına göndərilmiş və Novruz İbrahimov barəsində Azərbaycan Respublikası CM-nin 308.1-ci və 313-cü maddələri ilə olan cinayət işi üzrə Tərtər rayon məhkəməsində 07.12.2017-ci il tarixə məhkəmə baxışı təyin edilmişdir. Həmin tarixdə məhkəmə baxışı təxirə salınaraq 04.01.2018-ci il tarixə məhkəmə baxışı təyin edilmişdir. 04.01.2018-ci il tarixdə keçirilmiş məhkəmə baxışı zamanı isə 11.01.2018-ci il tarixə təkrar məhkəmə baxışı təyin edilmişdir.

Bundan başqa, vətəndaş müraciəti ilə əlaqədar Mingəçevir bələdiyyəsinin 2017-ci il üçün fəaliyyətinin öyrənilməsində Bələdiyələrlə iş mərkəzinin əməkdaşları ilə birlikdə İdarənin bir nəfər əməkdaşı da iştirak etmişdir.

Ümumilikdə isə müraciətlərə tərəfimizdən baxılması zamanı bələdiyyələrin fəaliyyətində aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə Ağcabədi rayonunun Ağcabədi, Avşar, Qaravəlli, Kürdlər və Şənlik bələdiyyələrinə, Bərdə rayonunun Bərdə, Bəcirəvan, Cəyirli, Uğurbəyli, Gərənə, Samuxlu, Qaratəpə və Qarayusifli bələdiyələrinə, Tərtər rayonu Hacıqərvənd, Hüseynli bələdiyyəsinə, habelə Mingəçevir və Yevlax bələdiyyələrinə 24 tövsiyə məktubu, eyni zamanda torpaqların qanunsuz ayrılması ilə əlaqədar bələdiyyə qərarlarının ləğv edilməsi və dəyişdirilməsi barədə Bərdə rayonunun Bəcirəvan, Tərtər rayonunun Əskipara, Ağcabədi rayonunun Kürdlər və Mehrablı bələdiyyələrinə 4 təklif məktubu göndərilmişdir.

Qeyd olunan ümumilikdə 28 tövsiyə və təklif məktublarından 25-i müvafiq bələdiyyələr tərəfindən müzakirə edilmiş, 2 tövsiyə və 1 təklif isə hələ baxılmaqdadır.

Hesabat dövründə tərəfimizdən baxılmış ümumilikdə 224 müraciətin (bundan 146-sı torpaqla bağIı) 7-si müsbət (6-sı torpaqla bağlı), 2-si qismən həll olunmuş, 5-i (anonim) işə alınmış, 5-i araşdırılmış, 2-si aidiyyəti üzrə göndərilmiş, 199-na əsaslandırılmış cavab verilmiş, 4-ü isə növbəti hesabat dövrünə qalıq qalmışdır.

Aktlar üzrə:                      

Hesabat dövründə İdarəyə 9045 bələdiyyə aktı daxil olmuşdur ki, bunların da hamısına inzibati nəzarət qaydasında baxılmışdır (2016-cı ildə 7885).

İnzibati nəzarət qaydasında baxılmış aktlardan 8923-ü işə alınmış (2016-cı ildə 7791-i), 122 aktın ləğvi və dəyişdirilməsi barədə təklif göndərilmişdir (2016-cı ildə 94).

Göndərilmiş təkliflərə əsasən 10 akt ləğv edilmiş, 96 akt dəyişdirilmiş, 16 təklif isə hələ baxılmaqdadır.

Həmçinin, aktlara tərəfimizdən baxılması zamanı bələdiyyələrə müxtəlif məzmunlu 371 tövsiyə məktubu (2016-cı ildə 432) göndərilmişdir ki, bunlardan da 323-ü müzakirə edilmiş, 48-i isə növbəti hesabat dövrünə qalıq qalmışdır.

Bələdiyyələr tərəfindən qanunsuz mülkiyyətə, icarəyə və istifadəyə torpaq sahələrinin verilməsinə dair aktların ləğv etdirilməsi nəticəsində qanunsuz mülkiyyətə verilmiş 0,6446 ha və icarəyə verilmiş 114,92 ha torpaq sahəsi olmaqla, cəmi 115,5646 ha (2016-cı ildə 29,88 ha) torpaq sahəsi bələdiyyə ehtiyat fonduna qaytarılmışdır.

Aktların qanunvericiliklə müəyyən edilmiş müddət ərzində təqdim edilməməsinə görə bələdiyyələrin vəzifəli şəxsləri barəsində 18 inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilmişdir (2016-cı ildə 50). Həmin protokolların 12-nə baxılmış, 6-sı isə məhkəmələrin icraatındadır.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə yanaşı, bələdiyyələrə metodiki köməklik və hüquqi maarifləndirmə sahəsində də 2017-ci il ərzində müəyyən işlər həyata keçirilmişdir.

Belə ki, Bələdiyyələrlə iş mərkəzinin 11.01.2017-cı il tarixli, 9-5 №-li məktubuna uyğun olaraq 2017-ci ilin birinci yarımili ərzində “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər”, “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili”, “Bələdiyyələrdə şəffaflığın artırılması və antikorrupsiya tədbirləri”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi”, “İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri”, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi” mövzularında Mərkəzlə razılaşdırılmış qrafikə əsasən 28.01.2017-ci il tarixdə Bərdə rayonu Otuzikilər bələdiyyəsində, 11.02.2017-ci il tarixdə Bərdə rayonu Kətəlparaq bələdiyyəsində, 25.02.2017-ci il tarixdə Bərdə rayonu Mustafaağalı bələdiyəsində, 11.03.2017-ci il tarixdə Ağcabədi rayonu Hacıbədəlli bələdiyyəsində, 08.04.2017-ci il tarixdə Ağcabədi rayonu Qaradolaq bələdiyyəsində, 22.04.2017-ci il tarixdə Ağdam rayonu Xındırıstan bələdiyyəsində, 06.05.2017-ci il tarixdə Yevlax rayonu Yuxarı Qarxun bələdiyyəsində, 10.06.2017-ci il tarixdə isə Tərtər bələdiyyəsində ümumilikdə 35 bələdiyyə üzrə 167 nəfər bələdiyyə üzvü və qulluqçusunun iştirakı ilə 8 yerli seminar keçirilmişdir.

Bələdiyyələrlə iş mərkəzinin digər, 04.08.2017-ci il tarixli 09/7-47 №-li məktubuna uyğun olaraq 2017-cı ilin ikinci yarımili ərzində “Bələdiyyə üzvləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması yerli özünüidarənin rolunu gücləndirir”, “Bələdiyyə aktlarının qəbulu və icrası”, “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət”, “Bələdiyyə qulluğu, bələdiyyə qulluğuna qəbulun xüsusiyyətləri”, “Nağdsız hesablaşmalar və onların məqsədi” və “Bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri” mövzularında Mərkəzlə razılaşdırılmış qrafikə əsasən 19.08.2017-ci il tarixdə Bərdə rayonu Körpüsındıran bələdiyyəsində, 26.08.2017-ci il tarixdə Bərdə rayonu Divanlı bələdiyyəsində, 09.09.2017-ci il tarixdə Tərtər rayonu Seydimli bələdiyəsində, 30.09.2017-ci il tarixdə Tərtər rayonu Qaradağlı bələdiyyəsində, 14.10.2017-ci il tarixdə Tərtər rayonu Sarov bələdiyyəsində, 28.10.2017-ci il tarixdə Yevlax rayonu Xaldan bələdiyyəsində, 18.11.2017-cı il tarixdə Yevlax rayonu Nemətabad bələdiyyəsində və 16.12.2017-cı il tarixdə Ağcabədi rayonu Qaravəlli bələdiyyəsində ümumilikdə 29 bələdiyyə üzrə 178 nəfər bələdiyyə üzvü və qulluqçusunun iştirakı ilə 8 yerli seminar keçirilmişdir.

Ümumilikdə 2017-cı il ərzində tərəfimizdən keçirilmiş 16 yerli seminara 64 bələdiyyə üzrə 345 nəfər bələdiyyə üzvü və qulluqçusu cəlb edilmişdir.

Həmçinin, Bərdə rayonu Bəcirəvan bələdiyyəsinin 17.02.2017-ci il tarixli və Tərtər rayonu Əskipara bələdiyyəsinin 04.03.2017-ci il tarixli iclaslarında bələdiyyənin fəaliyyətinin araşdırılması zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə İdarənin müvafiq tövsiyyə məktublarının müzakirəsində İdarə əməkdaşları iştirak etmişlər.

Ədliyyə Akademiyası ilə birgə Bərdə regional ədliyyə idarəsi tərəfindən 19-20 oktyabr 2017-cı il tarixlərdə Bərdə şəhərində 44 nəfər bələdiyyə üzvü və qulluqçusunun cəlb olunduğu iki günlük kurs təşkil edilmişdir.

İdarənin böyük məsləhətçisi E.İbrahimovun ”Bələdiyyə qulluqçuları xidməti davranışlarında qanunvericiliyin tələblərinə əməl etməlidirlər” adlı məqaləsi bələdiyyə.info saytında yerləşdirilmişdir. Bununla yanaşı, İdarə əməkdaşlarının keçirdikləri seminarlar barədə məlumatlar da həm bələdiyyə.info, həm də Bərdə regional ədliyyə idarəsinin rəsmi saytında yerləşdirilmişdir.

Eyni zamanda, vətəndaşların hüquqi maarifləndirilməsi ilə bağlı İdarə əməkdaşları tərəfindən hesabat dövründə qəbul aparılmış və cari il ərzində 69 nəfər qəbul edilmişdir.

Bələdiyyələrlə iş mərkəzinin 19.01.2017-ci il tarixli 09/9-8 №-li, 20.02.2017-ci il tarixli 09/2-7 №-li, 28.02.2017-ci il tarixli 09/9-19 №-li, 08.08.2017-ci il tarixli 09/5-84 №-li, 14.08.2017-ci il tarixli 09/7-75 №-li, 12.12.2017-ci il tarixli 09/9-79 №-li və 13.12.2017-ci il tarixli 09/5-93 №-li məktubları ilə bağlı bələdiyyələrin məlumatlandırılması və istifadə olunması üçün yurisdiksiyaya daxil olan inzibati ərazi vahidlərində olan Bələdiyyələrin Əlaqələndirmə Şuralarına və Mingəçevir bələdiyyəsinə müvafiq məktublar göndərilmişdir.

Bələdiyyələrlə iş mərkəzinin şifahi sorğusuna əsasən əmlak vergisinin yığılması vəziyyətinə dair yurisdiksiyaya daxil olan inzibati ərazi vahidlərindəki şəhər bələdiyyələrindən alınmış məlumatlar 06.01.2017-ci il tarixli 3-04 №-li məktubla Mərkəzə təqdim olunmuşdur.

Bələdiyyələrlə iş mərkəzinin 25.01.2017-ci il tarixli 09/2-4 №-li məktubuna əsasən isə 2014-2016-cı illərdə İdarənin yurisdiksiyasına daxil olan inzibati ərazi vahidlərindəki bələdiyyələr tərəfindən meşə fondu torpaqlarına dair qanunvericiliyin pozulması halları barədə məlumat İdarənin 03.02.2017-ci il tarixli 1-12 №-li məktubu ilə Mərkəzə təqdim olunmuşdur.

Qanunvericilik baş idarəsinin 17.05.2017-ci il tarixli 2/1211-08 №-li məktubuna əsasən “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamədə” dəyişikliklər edilməsi barədə qanun layihəsinə müvafiq təkliflər İdarənin 25.05.2017-ci ilı tarixli 1-79 №-li məktubu ilə Qanunvericilik baş idarəsinə göndərilmişdir.

Bundan əlavə Bələdiyyələrlə iş mərkəzinin 17.05.2017-ci il tarixli 09/9-33 N-li məktubuna əsasən Nazirliyinin 2017-ci ilin birinci yarımilinə dair İş Planının 14-cü bəndinin icrası ilə bağlı 2016-cı il və 2017-ci ilin I yarımili ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı bələdiyyələr tərəfindən torpaq sahələrinin ayrılması ilə bağlı aşkar edilmiş xarakterik nöqsanlar və qanun pozuntuları, onları doğuran səbəb və şərait, onların aradan qaldırılması üçün görülmüş tədbirlər və gələcəkdə təkrarlanmaması üçün təkliflər İdarənin 30.05.2017-ci il tarixli 1-77 №-li və 04.07.2017-ci il tarixli 1-77/2 №-li məktubları ilə Mərkəzə təqdim olunmuşdur.

Bələdiyyələrlə iş mərkəzinin şifahi sorğusuna əsasən “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələrin edilməsi ilə bağlı müvafiq təkliflər İdarənin 19.11.2017-ci ilı tarixli 3-297 №-li məktubu ilə Mərkəzə təqdim olunmuşdur.

Bələdiyyələrlə iş mərkəzinin digər 14.11.2017-ci il tarixli 09/9-70 nömrəli məktubu ilə əlaqədar isə Ölkə Prezidentinin 2016-cı il tarixli 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 9.3.1 yarımbəndində nəzərdə tutulmuş “Bələdiyyələrin kəndin sosial-iqtisadi inkişafı ilə bağlı öhdəliklərinin artırılması” tədbirinin icrası ilə bağlı İdarənin yurisdiksiyasına daxil olan bələdiyyələrdən alınmış məlumatlar ümumiləşdirilərək, müvafiq təkliflərlə birlikdə İdarənin 22.12.2017-ci il tarixli 1-170 N-li məktubu ilə Bələdiyyələrlə iş mərkəzinə göndərilmişdir.

Hesabatın sonunda bildiririk ki, bundan sonra da İdarə əməkaşlarının fəaliyyətləri qanunverciliyin tələbləri səviyyəsində qurulmaqla, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması və onların maarifləndirilməsi üçün müvafiq tədbirlər görüləcəkdir.

Mövsüm Hüseynov

Bərdə regional ədliyyə idarəsinin rəisi,        

ədliyyə müşaviri                                                             

 

 

ŞƏRHLƏR