"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə regional ədliyyə idarəsi Ağcabədi bələdiyyələrinə seminar keçirib

--2019-05-19 / 11:05

Bərdə regional ədliyyə idarəsi Ağcabədi bələdiyyələrinə seminar keçirib

Bu barədə məlumatı Bərdə regional ədliyyə idarəsi yayıb.

Bərdə regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonunun Qaravəlli bələdiyyəsində Qaravəlli, Gələbədin, Hacıbədəlli, Təzəkənd və Qiyaməddinli bələdiyyələrin üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədi ilə seminar keçirilmişdir.

Seminarda regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən “Yerli özünüidarəetmədə etik davranış”, “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, “Dövlət büdcəsindən subvensiya alınması üçün layihələrin hazırlanması”, “Bələdiyyə qulluğuna qəbul prosessində şəffaflığın təmin edilməsi”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğunn təmin edilməsi” və “Qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri” mövzuları üzrə  məruzələr edilərək qeyd olunan məsələlərlə bağlı qanunvericiliyin tələbləri və bu sahədə bələdiyyələrin hüquq və vəzifələri geniş izah olunmuş, iştirakçıları maraqlandıran məsələlər üzrə suallar cavablandırılmışdır.

Belediyye.info

 

ŞƏRHLƏR