"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə bələdiyyəsinin sədrini tanıyaq- BƏLƏDİYYƏ SƏDRİ ÜÇÜN ÖZƏL GÜN

--2018-06-05 / 00:18

Bu gün dördüncü çağırış seçilən bələdiyyə üzvləri arasında ən fəallardan biri, bələdiyyə sisteminə  fəaliyyətiylə öz töhvəsini verən  Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilov üçün özəl gündür. 

Bələdiyyə sədrini yaxından tanıyaq:

***** 

Xəlilov Sadiq Vaqif oğlu 05 iyun 1975- ci ildə Bərdə şəhərində anadan olub.

01 sentyabr 1981-ci ildə Bərdə şəhər 1 saylı orta məktənin birinci sinifinə gedib. 1991-ci ildə orta məktəbi bitirdikdən sonra həmin ildə Azərbaycan Sənaye Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsinə daxil olmuşdur. 1996-cı ildə Mühəndis-İqtisadçı İxtisası üzrə Magistr dərəcəsi alaraq məktəbi bitirmişdir.

1997-2009-cu illərdə Rusiya Federasiyasının Moskva və Sankt- Peterburq şəhərlərində fərdi əməklə məşğul olmuşdur.

2009-cu ildən 2010-cu ilədək Bərdə şəhərində “Uğur” MMC- də iqtisadçı vəzifəsində işləmişdir.

2010- cu ildən 2012- ci ilədək Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatının Ümumi şöbəsində kadr üzrə böyük müfəttiş, 2012-ci ildən 2015- ci ilədək Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsində işləmişdir.

Dövlət qulluğunun kiçik referentidir.

2010- cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2014-cü ildə keçirilən Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi Bələdiyyə üzvü seçilmişdir. 2015-ci ildə Bələdiyyə üzvlərinin keçirdiyi birinci iclasın qərarı ilə Bərdə bələdiyyəsinin sədri seçilmişdir.

Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatında və Bərdə bələdiyyəsində işlədiyi dövrdə, özünü təşkilatçılıq qabiliyyətinə malik kadr kimi göstərmiş, ictimaiyyətin dərin hörmətini qazanmışdır.

S.V.Xəlilov rayonun ictimai-siyasi həyatında fəal iştirak edir. Belə ki, rayon “ Təmizlik və antisanitariya qaydalarına nəzarət” və “Qanunsuz küçə ticarətinə qarşı nəzarət” komisiyyalarına rəhbərlik edir.

01 noyabr 2015- ci ildə keçirilən Milli Məclisə seçkilərdə Bərdə rayon üzrə Yeni Azərbaycan Partiyasının vahid namizədi kimi iştirak etmişdir.

1993- cü ildə atası Xəlilov Vaqif İsmayıl oğlu və yeganə qardaşı Xəlilov Natiq Vaqif oğlu Qarabağ ugrunda gedən döyüşlərdə şəhid olmuşdular.

Şəhid ailəsidir.

Ailəlidir, dörd övladı var. 

ŞƏRHLƏR