"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə bələdiyyəsi işçiləri mükafatlandırıb

--2017-03-27 / 12:39

Bərdə bələdiyyəsinin yaydığı məlumata görə , Bərdə bələdiyyəsinin növbəti dəfə iclas keçirilib.  Bələdiyyə iclasında sədr Sadiq Xəlilov bələdiyyənin gördüyü işlərdən danışıb. Daha sonra vergi yığımından danışan S.Xəlilov  bildirib ki, torpaq, əmlak və reklam vergilərinin yığımında fərqlənən müfəttişləri-Cənnətəliyev Teyyub Köçəri oğlu, Qəribov Ənvər Süleyman oğlu və İsmayılov Nurəddin Möhsüm oğlu bələdiyyə iclasının  qərarıyla   mükafatlandırılıb.

Bələdiyyə iclasında mükafatlar  işçilərə bələdiyyə sədri tərəfindən təqdim edilib.

Mükafata layiq bilinən müfəttişlər onların əməyinə verilmiş qiymətə görə bələdiyyə sədrinə və üzvlərə öz minnətdarlığını bildirərək, bundan sonra da üzərlərinə düşən işin öhdəsindən layıqincə gələcəklərini nəzərə çatdırıblar.

Belediyye.info 

ŞƏRHLƏR