"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə bələdiyyəsi abadlıq işlərini davam etdirir

--2018-03-12 / 08:58

Bərdə bələdiyyəsi abadlıq və təmir işlərini plan üzrə davam etdirir Bu barədə məlumatı Bərdə bələdiyyəsi yayıb. Məlumatda qeyd edilir ki, şəhərdin Bayraq meydanında quraşdırlımış oturacaqlar boyanmış , həmin ərazidə dağılmış səki və bardürlər təmir olunmuşdur.

Bununla yanaşı H.Əliyev prospektində sakinlərə məxsus taxta qapılar rənglənmiş və hasarların ağlay örtükləri cilalanmışdır. Bundan başqa şəhərin Bakı , M.Ə.Rəsulzadə , H.Aslanov , İ.Qayıbov küçələrində işıq dirəkləri təmir olunmuş və paslanmaya qarşı boya və üzluklə rənglənmişdir.

Belediyye.info

ŞƏRHLƏR