"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə bələdiyyəsi 100 aztəminatlı ailəyə “Qurban payı” paylayıb

--2020-08-01 / 12:40

Bərdə bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyə iclasının qərarıyla Bərdə bələdiyyəsi bu gün 100 şəhid, əlil, imkansız rayon sakininə “Qurban payı” paylayıb.

Qurban payı alanlar arasında həmçinin “Qarabağ qazilərinin” ailə üzvləri də vardır. Bununla yanaşı bələdiyyə hərəkət məhdudiyyəti olan habelə yaşlı ahıl insanlara “Qurban” payını evlərinə çatdırıblar.

Əlavə edək ki, “Qurban payı” bələdiyyə sədrinin iştirakıyla evlərə paylanılıb.

Bələdiyyədən verilən başqa bir məlumata görə, bələdiyyə bütün bayramlarda bələdiyyəninin inzibati ərazisində qeydə alınan aztəminatlı ailələrə diqqətdə saxlayır.

Belediyye.info

ŞƏRHLƏR