"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyənin sədri “İlin peşəkar gənci” seçilib

--2021-11-30 / 15:56

Xəzər rayonu Zirə bələdiyyəsinin sədri Anar Hüseynli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millər vəkili Səttar Möhbalıyevın əmriylə “İli peşəkar gənci” fəxri adı və döş nişanı ilə təltif edilib. Bələdiyyə sədri əməkdə, təhsildə və ictimai fəaliyyətində göstərdiyi nailiyyətlərinə görə təltif edilib.

Bu gün Zirə bələdiyyəsində bu münasibətlə tədbir keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqı Respublika Komitəsinin hüquq müfəttişi Məhəmməd Kərimov Zirə bələdiyyəsinin sədri Anar Hüseynlinin gənc və perspektivli kadr olaraq bələdiyyə siteminin inkişafına bir sıra diqqətiçəkən layihələrə imza atması ilə yadda qaldığını bildirib.

Onun sözlərinə görə, bu gün məhz Zirə bələdiyyəsinin iki avtobusunun marşrut xəttinə buraxılmasında və müəyyən günlərdə avtobusun pulsuz xidmət göstərməsi məhz bələdiyyə sədrinin təşəbbüsü ilə həyata keçirilməkdədir.

M.Kərimov bələdiyyə sədrinə və kollektivə yeni uğurlar arzu edib.

Belediyye.info

ŞƏRHLƏR