"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyənin sədr müavini “Tərəqqi” medalı ilə təltif edilib

--2018-03-06 / 15:36

Azərbaycan Prezidenti İlham Əliyev bir qrup respublikamızın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə münasibətilə “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Təltif edilənlər arasında Xəzər rayon Mərdəkan bələdiyyəsinin sədr müavini Jalə Əhmədova da vardır.

Qeyd edək ki, Jalə Əhmədova 1994-cü ildə Azərbaycan Texniki Universitetinin “Avtonəqliyyat” fakultəsinə qəbul olub.

Lakin, təhsili başa çatdırmadan, 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi İqtisadiyyat” fakultəsinə qəbul olub və 2000-ci ildə təhsili bitirərək “Maliyyə və Kredit” ixtisasına yiyələnib.

01.09.1995-ci ildən 14.08.1998-ci ilədək “Azərsənayexüsusitikintiquraşdırma” trestində mühasib kimi başlayıb. 

12 ilə yaxın bir müddətdə Sosial Müdafiə mərkəzlərində və Dövlət Sosial müdaifə Fondunun yerli təşkilatlarında çalışıb.

2014-cü ildən bələdiyyə seçkilərinə qatılaraq J. Əhmədova bələdiyyə üzvü, 2015-ci ilin yanvarında keçirilən bələdiyyəinin ilk iclasında bələdiyyənin sədr müavini seçilib.

P.S. Belediyye.info olaraq Jalə Əhmədovanı təbrik edir və fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.

Belediyye.info

ŞƏRHLƏR