"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyənin sədr müavini “Fəxri Fərman”la təltif edilib

--2021-11-30 / 13:06

Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Məhərrəm Xəlilov əmriylə Xətai bələdiyyəsinin sədr müavini Nərminə Haciyeva “Həmkarlar təşkilatının inkişafındakı səmərəli fəaliyyətinə görə” “Fəxri Fərman”la təltif edilib.

Bu gün Xətai bələdiyyəsində bu münasibətlə tədbir keçirlib. Tədbirdə çıxış edən Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqı Respublika Komitəsinin hüquq müfəttişi Məhəmməd Kərimov respublika komitəsinin fəaliyyətində Xətai bələdiyyəsinin xüsusi yeri və rolu olduğunu bildirərək bələdiyyənin kollektivinə və sədr müavini N.Hacıyevaya uğurlar arzulamışdır.

Görüşdə Xətai bələdiyyəsinin sədr müavini Əliyar Əliyev və bələdiyyə qulluqçuları iştirak etmişlər.

Belediyye.info

ŞƏRHLƏR