"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyənin sədr müavini dünyasını dəyişib

--2021-08-18 / 10:34

Amansız koronavirus daha bir bələdiyyə üzvünün həyatına son qoydu.

Nə qədər ağır olsa da, bildiririk ki, Nərimanov bələdiyyəsinn sədr müavini Yaşar Rəhimov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Nərimanov bələdiyyəsi sədri Təmraz Tağıyev və bələdiyyənin kollektivi Yaşar Rəhimovun əzizlərinə, yaxınlarına, Rəhimovlar ailəsinə bu acı xəbərdən kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

ALLAH RƏHMƏT ELƏSİN!!!

Əlavə edək ki Rəhimov Yaşar Surxay oğlu 13 fevral 1950-ci ildə Naxçıvan Muxtar Respublikasının, Şahbuz şəhərində anadan olmuşdur. 1958-ci ildə Şahbuz şəhərində 1-ci sinifə getmiş, 1968-ci ildə məktəbi bitirmişdir.

Ali təhsilini Bədən Tərbiyəsi və İdman Akademiyasında almışdır. 1972-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində Uşaq və Gənclər İdman Məktəbində məşqçi, 1975-ci ildən isə həmin məktəbin direktoru vəzifələrində çalışmışdır. 1992-ci ildən ehtiyyatda olan hərbçi zabit kimi hərbi xidmətdə olmuşdur.

1997-ci ildən Bakı Birləşmiş Ali Komandirlər məktəbinin “Fiziki hazırlıq və idman” kafedrasının rəisi vəzifəsində çalışıb.

2009-cu ildən Nərimanov Bələdiyyəsinin üzvü seçilib.

2010-cu ildən bugünədək Nərimanov Bələdiyyəsi sədrinin birinci müavini kimi fəaliyyət göstərib.

Nərimanov bələdiyyəsi

ŞƏRHLƏR