"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyənin sədr müavini də təltif edilənlər sırasındadır

--2021-11-20 / 13:22

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatında partiyanın təsis olunmasının 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı  Faiq Qürbətov, Milli Məclisin üzvü Bəhruz Məhərrəmov və ərazi partiya təşkilat sədrləri iştirak edirdilər.

Tədbirdə bildirilib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqımıza Azərbaycan tarixinin ən möhtəşəm səhifəsini, unudulmaz anlarını yaşadıb. Xalqın təkidi tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ölkəmizdə vətandaş müharibəsinin qarşısını aldı, dövlətimizi bəlalardan xilas etdi. Qətiyyətli, uzaqgörən siyasəti nəticəsində rəşadətli Ordumuzun qüvvəsi sayəsində 44 günlük müharibədə düşmən tapdağı altında olan ərazilərimiz azad edildi.

Çıxış edənlər partiyan sədri, ölkə Prezidenti , Ali Baş Komandan İlham Əliyevlə qürur duyduqlarını və hər kəsi bundan sonra da dövlət başçısının  ətrafında daha sıx birləşməyə çağırıblar.

Sonda bir qrup partiya fəalı fəxri fərmanlarla təltif olunub.

Qeyd edək ki, təltif edilənlər arasında Biləsuvar bələdiyyəsinin sədr müavini Malik Qədirov da var.

Belediyye.info

ŞƏRHLƏR