"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyənin iştirakıyla Ələt qəsəbəsində növbəti sosial layihə həyata keçirilib

--2021-09-14 / 17:35

Ələt bələdiyyəsi və Ələt Beynəlxalq Ticarət Limanı tərəfindən qəsəbədə tam imkansız ailələrin məktəbli uşaqlarına yeni tədris ilinin başlanması münasibətiylə zəruri dərs ləvazimatları hədiyyə edilib. Bu barədə Belediyye.infoya məlumat Qaradağ rayonu Ələt bələdiyyəsindən daxil olub.

Bələdiyyə sədri Azad Musayevin də qatıldığı tədbirdə qəsəbə ərazisində fəaliyyət göstərən beş tam orta məktəbdə 30-a yaxın şagirdə çanta və məktəbli ləvazimatları təqdim edilib.

Qeyd edək ki, bu qəsəbə ərazisində bələdiyyə tərəfindən həyata keçirilən sosial layihə Ələt Beynəlxalq Ticarət Limanın yaxından iştirakıyla baş tutub.

Belediyye.info

ŞƏRHLƏR