"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirib

--2023-01-17 / 12:31

(Xəzər rayonu Buzovna bələdiyyəsi tərəfindən 2022-ci ildə görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqındav HESABAT)

 ***

Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.

Xəzər rayonu Buzovna bələdiyyəsi tərəfindən 24 ümumi iclas keçirilərək 77 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.

Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub. Əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.

2022-ci ildə xalqımız və dövlətimiz üçün qürurverici hadisələrlə zəngin olmuşdur. İlk növbədə Böyük Zəfərin 2-ci ilini yaşadıq. 2022-ci il Şuşa ili kimi qeyd olundu. Qarşıdan gələn 2023-cü il Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən ümumimilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Heydər Əliyev” ili elan edilmişdir.

Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirib. Real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.

Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

Əhalidən ödənişlərin və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan ödənişlər və vergilər haqqında məlumat hər gün təhlil edilir.

Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Qanunvericiliyə uyğun İcra şöbələrinə 66 şəxs barədə müraciət olunmuşdur. Nəticədə Buzovna bələdiyyəsinin büdcəsinə 23300.52 manat vəsait daxil olmuşdur.

Ödənilmiş vergilər və ödənişlər bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.

Bələdiyyənin vergi bazası genişdir. Hazırda inzibati ərazisində 7854 ev təsərrüfatı və 256 təsərrüfat subyektləri mövcuddur.

Göstərilən__7854___ vergi ödəyiciləridən hesabat dövründə __5484_ ödəyici vergiyə cəlb olunmuşdur,(bunlardan __471_ nəfər vergi qanunverciliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən azad edilmiş təqaüdçülər, __132_ ədəd əmlak vergisi hesablanmayan, mənzilin ümumi sahəsi 30 m2–dən aşağı olan birotaqlı mənzillərdir.

2022-ci il ərzində bələdiyyə büdcəsinə 211482.16 manat gəlir daxil olmuş (2021-ci ildən qalıq 2684.30 manat),  xərclər    211653.64_manat təşkil etmişdir.

Qeyd etmək lazımdır ki Bələdiyyələrlə İş Mərkəzindən verilən tövsiyyələrin yerinə yetrilməsi nəticəsində 2022-ci il ərizndə bələdiyyə büdcəsinin gəlirlərinin artırılmasına nail olmuşdur. 2021-ci ildə bu rəqəm 153 338 manat olmuşdur. Artım 16.15% təşkil etmişdir.

Büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq icarəsindən və vergisindən   53436.32_  manat əmlak vergisi-    114675.76 manat,  maliyyə nazirliyindən 32874 manat, dotasiyadan-_10 000_ manat daxil olmuşdur.

Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.

Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqçularının əmək haqqına-_71127.22 manat, DSMF-_19169.02 manat, bələdiyyənin saxlanmasına- _18983.69_ manat , sosial yardımlar üzrə ödənişlər- _8100 manat, abadlıq, quruculuq təmir işlərinə 61614.71_ manat Azsu Ekoloji Qurğuya 32659 manat vəsait köçürülmüşdür.

Əmək haqqı büdcə üzrə gəlirlərin 40 % -ni təşkil etmişdir.

Qəsəbə ərazisində Bələdiyyə yaz-yay mövsümündə təmizlik işlərinin görülməsi ilə yanaşı yanğınların qarşısının alınmasına dair işləri təşkil etmişdir.

Bələdiyyənin inzibati ərazisində ekoloji durumu, o cümlədən yaşıllıqlarının vəziyyəti daimi diqqət mərkəzindədir.

Məlum olduğu kimi –yaşıllıqlar vaxt keçdiqcə quruyur, bəziləri qəzalı vəziyyətə düşür və sakinlərin yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 30.08.2016-cı il 321 № -li Qərarına əsasən tədbirlər görülür.

Hesabat dövründə sözügedən problemlərlə bağlı vətəndaşlardan 5 müraciət daxil olmuş, tədbirlərin görülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə müraciətlər edilmiş, alınmış rəylərə əsasən Bələdiyyə iclaslarında qərarlar qəbul edilmiş və Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə tədbir görmək üçün göndərilmişdir.

Xəzər rayon Buzovna bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.

Ümumilikdə vətəndaşlardan 1254 müraciət daxil olmuşdur:

Arayışların verilməsi (vergi borcların olub-olmaması,

torpaq sahələrinin ayrılıb-ayrılmaması və s.)                                                       678

Maddi yardım                                                                                                          84

Dəfnlə bağlı Dövlət Sosial Müdafiə Fonduna arayışlar                                       284     

Digər məsələlər üzrə yəni abadlıq, yaşıllıq v.s                                                      208

Müraciətlərin __1127-si__ müsbət həll olunub               

Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş 291 məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.

Bələdiyyə vətəndaşların və öz hüquqi maraqlarının müdafiəsi istiqamətində bir sıra işlər görmüş. Hüquqi həllini tələb edən məsələlərlə bağlı keçirilmiş 6 məhkəmə prosseslərində Bələdiyyənin xeyrinə qərarlar qəbul edilmişdir.  

Vətəndaşların müraciətləri ilə bağlı Bələdiyyədə onlara hüquqi yardım göstərilməsi həyata keçirilir.

Bələdiyyədə “qaynar xətt” üçün 453-04-15 telefon nömrəsi fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.

Bələdiyyəyə hesabat dövründə 1254 ərizə, 291 məktub daxil olmuşdur. Bu müddət ərzində müxtəlif idarə və təşkilatlara 475 müraciət olunmuşdur. 1535 nəfər vətəndaşa müxtəlif idarə və təşkilatlara təqdim etmək üçün arayışlar verilmişdir.

Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə ünsiyyətini daha da genişləndirsin. Daimi komissiyalar seçicilərə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutur və qeyd etmək lazımdır ki, ötən illərlə müqayisədə bu sahədə irəliləyişlər var.

Buzovna bələdiyyəsi təşkilatçılığı ilə “8 Mart” Beynəlxalq qadınlar bayramında qadın bələdiyyə üzvləri, qulluqçuları, qəsəbədə yaşayan tənha qadınlar bayram münasibətilə təbrik olunublar. “Qurban bayramı” ilə əlaqədar şəhid ailələri və qazilər ziyarət edilmiş, bayram sovqatları verilmişdir. “Novruz bayramı” münasibəti ilə həmçinin ərazidə yaşayan çoxsaylı aztəminatlı, əlil, yardıma ehtiyyacı olan ailələrə də bayram sovqatları verilmişdir.

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur.

Buzovna bələdiyyəsinin inzibati binasında şəhid ailələri, qazi və müharibə veteranları ilə görüşlər keçirilərək onların problemləri eşidilərək həlli istiqamətində köməklik göstərilmişdir.

Ərazimizdə yaşayan ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan şəhid Bağırov Əli Eltay oğlu, şəhid Heybətov Ağaəmi Elçin oğlu, şəhid Kərimov Mustafa Mais oğlu, şəhid Əliyev İbrahim Nəcəfqulu oğlu və şəhid İsmayılzadə Vüsal Əlbəndə oğlunun doğum günündə ailə üzvləri ilə görüşlər keçirilmiş və maddi yardımlar verilmişdir.

Buzovna qəsəbəsi R.İmanov küçəsi 4 A ünavanında I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədləşdirilməsi üçün “Şəhid Memorial” abidəsi tikilmişdir.

1992-ci il dekabrın 14-də BMT-nın Baş Assambleyasının qətnaməsinə əsasən hər il dekabrın 3-də “Beynəlxalq Əlillər Günü” qeyd edilir. Bu münasibətlə qəsəbə ərazisində yaşayan “20 yanvar”, “Qarabağ” əlillərinə ərzaq yardımı verilmişdir.

Qəsəbədə fəaliyyət göstərən orta ümumtəhsil məktəblərlə birlikdə Buzovna bələdiyyəsi tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir. Belə ki, orta ümumtəhsil məktəblilərinin 1-6-cı sinif şagirdləri arasında “20 Yanvar” faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Uşaqların gözü ilə Qara Yanvar faciəsi” mövzusunda inşa müsabiqəsi, “26 Fevral” Xocalı faciəsinin 30-cu il dönümü barədə və Xocalının işğaldan azad olunması münasibəti ilə “Xocalıya qayıtdıq” adlı orta ümumtəhsil məktəb şagirdləri arasında tədbir, 10 May Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü münasibəti, 15 İyun “Qurtuluş Günü” münasibəti ilə silsilə tədbirlər həyata keçirilmişdir.

31 Mart “Soyqırım Günü” ilə bağlı, bələdiyyə qulluqçuları tərəfindən, Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış kompleksin yerləşdiyi park və şəhidlərin xatirəsinə ucaldılan “Memorial Abidə Kompleksi” ziyarət edilmiş, şəhidlərin həyatı haqqında məlumatlar verilmişdir.

27 Sentyabr “Anım Günü” ilə bağlı olaraq bələdiyyə qulluqçuları ilə birlikdə rayon ərazisində şəhidlərimizin məzarları ziyarət edilmiş, ailələri ilə görüşlər keçirilmişdir.

8 Noyabr “Zəfər Günü”, 9 Noyabr “Bayraq Günü” ilə bağlı olaraq, bələdiyyə üzvləri və qulluqçuları məktəblərdə keçirilən tədbirlərdə iştirak etmişdirlər.

Xəzər rayon Buzovna bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, bülleten, internet saytı və.s vaistələrlə çatdırır.

M.Əliyev

Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri                                                            

 

ŞƏRHLƏR