"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyənin büdcə imkanlarını artırmağa çalışırıq, lakin …

--2019-02-17 / 08:50

Dövlət müstəqilliyi əldə edildikdən sonra ölkəmizdə qısa bir zamanda demokratik idarəetmə sisteminin formalaşdırılması Azərbaycan xalqının mühüm siyasi nailiyyətidir. Bir neçə illər bundan öncə bələdiyyə idarəçiliyi haqqında heç bir ənənəyə, təcrübəyə malik olmayan Azərbaycan Respublikasında hazırda zəngin qanunvericilik bazasına əsaslanan yeni yerli özünüidarəetmə sistemi formalaşmış, vətəndaş təşəbbüskarlığı üçün əlverişli şərait yaradılmışdır. Dövlət müstəqiliyimizin banisi, ulu öndər Heydər Əliyevin yerli demokratiyanın inkişafı istiqamətində başladığı siyasət öz bəhrəsini verməkdədir.

Bələdiyyələr ictimai həyatda daha fəal rol oynamağa başlamış, yerli demokratiyanın inkişafında və sosial probremlərin həllində xeyli irəliləyişə nail olmuşdur.

Dövlətin əsas vəzifələrindən biri yerli özünüidarəetmənin, yerli demokratiyanın inkişafını dəstəkləmək, bu prosesin hüquqi tənzimlənməsinə və Azərbaycan Respublikasının Konustitusiyasında təsbit olunmuş özünüidarə prinsiplərini həyata keçirməkdir. Bələdiyyə İnstitutunun inkişafı Azərbaycan Respublikası Prezdentinin, o cümlədən Milli Məclisin diqqət mərkəzindədir.

Bələdiyə sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri də bələdiyyənin fəaliyyətində qanunçuluğa riayət edilməsinin təmin olunması, hüquq pozuntularının aradan qaldırılmasıdır .

Bildiyimiz kimi, bələdiyyələr kollegial orqandır, yəni-yerli əhəmiyyətli bütün məsələlər, layihələr bələdiyyə iclaslarında müzakirə edildikdən sonra qərarlar qəbul olunur.

Saatlı bələdiyyəsində ötən 2018-ci ildə 12 iclas keçirilmiş, 34 məsələ müzakirə edilərək, müvafiq qərarlar qəbul edilmişdir. 2018-ci il ərzində bələdiyyə iclasında müzakirə olunan 34 məsələnin 12–si iş planına əsasən,5-i sosial məsələ barədə, 3-ü vətəndaşlara fərdi yaşayış evi tikmək üçün verilmiş həyətyani torpaq sahələrinin sənədləşmə işlərinin aparılması barədə, 1-i vətəndaşlara kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinin icarəyə verilməsi barədə, 1-i sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaşların icarəsinə və mülkiyyətinə torpaq sahəsi verilməsi barədə, 12-si isə cari məsələlər olmuşdur.

2018-ci ildə Saatlı Bələdiyyəsinə 49 ərizə və müraciət daxil olmuşdur. Bunlardan 7-si rayon İcra Hakimiyyətindən, 14-ü idarə və təşkilatlardan 28 ərizə isə vətəndaşlardan daxil olmuşdur. Bundan əlavə 50 nəfər vətəndaş şifahi müraciətləri və əhali ilə keçirilən sıx görüşlər zamanı sakinlərin müraciətləri əsasında qəbul olunmuş və onların qaldırdıqları məsələlər əsasən həll olunmuşdur.

Vətəndaşların ərizə və şikayətlərinə baxılarkən sosial müdafiəyə ehtiyacı olan Qarabağ müharibəsi əlillərinə, veteranlara, şəhid və az təminatlı ailələrə

daha diqqətlə yanaşılmışdır. Belə ki, hesabat dövründə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 26 vətəndaş onlara torpaq sahəsinin icarəyə verilməsi barədə ərizə ilə müraciət etmişdir.

Lakin mövcud imkanları nəzərə alaraq onlardan 5 nəfərinə 3,0 hektar torpaq sahəsi icarəyə verilmişdir ki, bunlardan 1 nəfəri şəhid ailəsi, az təminatlı ailədir.

Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün müraciət etmiş vətəndaşlar növbəlik siyahısında qeydiyyata alınmış, bunlardan 5 nəfərinin mövcud qanuvericiliyə əsasən sənədlərinin hazırlanması proseduruna başlanılmışdır. Digərlərinə isə bələdiyyənin perespektiv inkişaf fonduna aid ərazidən şəhərsalma prinsipinə uyğun hazırlanmış və təsdiq olunmuş layihə əsasında satışa çıxarılan şəhərin 98 saylı məhəlləsindəki torpaq sahəsindən   təklif olunmuşdur.

Məlumat üçün bidirmək istəyirəm ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair   sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 13-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş və şəhid olanların ailələri , o cümlədən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla qalan vətəndaşlara fərdi yaşayış evi və digər məqsədlər üçün torpaq sahələri müəyyən olunmuş norma həddində bazar qiymətinə uyğun olaraq satılır.

Torpaq islahatı zamanı bələdiyyəyə 137,0 hektar ehtiyat fondu torpağı ayrılmışdır ki, bunun da 12,0 hektarı kənd təsərrüfatına az yararlıdır. Bələdiyyənin ehtiyat fondundan və ümumi istifadədə olan torpaqlarından 153,0 hektar torpaq sahəsi 81 nəfərə kənd təssərüfatı məhsullarının istehsalı üçün icarəyə verilmişdir ki, bunların içərisində 5 nəfər şəhid ailəsi, o cümlədən Qarabağ əlili və müharibə veteranları da vardır. .

Mövcud qanunvericiliyə uyğun olaraq hər ilin dekabr ayının 20-dək növbəti il üçün proqnoz rəqəmlərə əsasən bələdiyyənin yerli büdcəsinin gəlirlər və xərclər smetası təsdiq olunur.

Bələdiyyənin 2018-ci ilə təsdiq olunmuş smetasına əsasən gəlirlər 91000 manat, xərclər isə 107000 manat nəzərdə tutulmuşdur.

Büdcə kəsirini tamamlamaq üçün dövlət büdcəsindən 16000 manat dotasiya alınması nəzərdə tutulmuşdur. Lakin faktiki olaraq Dövlət   büdcəsindən 7300 manat dotasiya ayrılmışdır.

Bələdiyyənin 2018-ci ildə yerli büdcəsi 107000 manata qarşı 36426.49 manat yerinə yetirilmişdir, yəni büdcənin gəlir hissəsi 34.04% yerinə yetirilməmişdir, büdcənin xərcləri isə 36333.29 manat olmuşdur .

Bələdiyyənin yerli büdcəsinin gəlirləri aşağıda göstərilən məsələlər hesabına yaranmışdır.

-Fiziki şəxslərdən əmlak və torpaq vergisi 32800 manata qarşı 6356.39 manat və ya 19.38%.

- Bələdiyyə əmlakının icarəyə verilməsindən 21400 manata qarşı , 10941.10 yəni 51,13 %

-Bələdiyyənin pullu avtodayanacağından rüsum 3100 manata qarşı 2150 manat və ya 69.35%

- Torpaqların alqı-satqısından 32400 manata qarşı 8700.00 manat, yəni 26.85%

-Dotasiyadan və sair daxil olmalardan isə 7300 manat olmuşdur.

-Sair rüsumlar və ödənişlər 1300 manata qarşı 379.00 manat 29.15% olmuşdur.

            Bir məsələni də nəzərinizə çatırmaq istəyirəm.

«Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramı (2014-2018-ci illər) haqqında» Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2004-ci il 11 fevral tarixli fərmanı Saatlı rayonunda da Sosial- iqtisadi inkişafın sürətləndirilməsində böyük əhəmiyyəti olmuşdur.

Saatlı Bələdiyyəsi də öz işlərini qeyd olunan tarixli qərarın yerinə yetirilməsi istiqamətində qurur, rayonun İcra Hakimiyyəti ilə birlikdə şəhərin abadlıq, quruculuq işlərinin aparılmasında yaxından iştirak edir. Qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün bələdiyyənin büdcə imkanlarını artırmağa çalışırıq, lakin etiraf etmək lazımdır ki, ildən-ilə büdcənin artmasına baxmayaraq hazırki büdcə vəsaiti nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi üçün kifayət etmir.

Məlumdur ki, Büdcə gəlirlərinin artırılmasında bələdiyyə torpaqlarının icarəyə verilməsi, bələdiyyə torpaqlarının vətəndaşlara satılması, fiziki şəxslərdən   toplanan əmlak və torpaq vergiləri əsas vəsaitlərdəndir. Bu sahədə Saatlı bələdiyyəsinin vəziyyəti qənaətbəxş deyildir.

Belə ki, təkcə vətəndaşların bələdiyyəyə 291.676 manat əmlak və torpaq vergisi borcları olduğu halda 2018-ci ildə yalnız 6356.39 manat, yəni 2,18% vəsait toplanmışdır, icarəyə verilmiş bələdiyyə torpaqlarından 24771 manat borca qarşı yalnız 10941.10 manat vəsait toplanmışdır ki, bu da ümumi borcun 44.11% təşkil edir.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən bələdiyyə iclaslarında müzakirə olunan məsələlərin protokollarının surəti Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş mərkəzinə göndərilir.

Ötən il ərzində bələdiyyə iclaslarında   müzakirə olunan məsələlərdə qəbul olunmuş qərarlarla əlaqədar Bələdiyyələrlə iş mərkəzi tərəfindən qanun pozuntuları barəsində Saatlı Bələdiyyəsinə irad tutulmamışdır.

Saatlı Bələdiyyəsi öz fəaliyyətində yerli əhəmiyyətli problemləri həll edərkən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələrini həmişə   öz işində rəhbər tutmuşdur.

Seçicilərimizi əmin edirik ki, bundan sonra da öz fəaliyyətimizi, bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi barədə qəbul olunmuş qanunlar çərçivəsində və rayon İcra Hakimiyyəti başçısının tövsiyyəsi əsasında quracağıq.

Z.N.Nağıyev  

Saatlı Bələdiyyəsini sədri                                    

ŞƏRHLƏR