"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyəmizin ərazisində mövcud olan problemlərin uğurla aradan qaldıracağıq :SƏDR HESABAT VERİR

--2019-01-12 / 11:27

 Binəqədi rayonu Xocasən bələdiyyəsi 2004-cü ildən fəaliyyətə başlamışdır və bələdiyyə öz inzibati binasında yerləşir.

Xocəsən bələdiyyəsinin ərazisi 3 inzibati ərazi vahidini Sulutəpə, Xocəsən, 28 May qəsəbəsi və 2 yaşayış massivini Motodrom və Çiçək yaşayış massivini əhatə edir.

Ərazi 52.4min km2 , əhalisi 29.000 nəfərdən atrıqdır. Bələdiyyənin ərazisində Beynəlxalq Avtovağzal, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Atıcılıq İdman Kompleksi, Dağüstü Veloparkı, 4 məktəb, 2 baxça, 3 tibb məntəqəsi, kitabxana, klub, poçt, 4 sənaye, nəqliyyat, tikinti, məişət və digər müəssisələr yerləşir.

Məlumat üçün bildirirəm ki, 2014-cü il dekabrn 23-də keçirilmiş seçkilərdə Binəqədi rayonu Xocəsən bələdiyyəsinə 15 bələdiyyə üzvü seçilmişdir.

Bələdiyyələrin fəaliyyətinin şəffaflıq prinsipi əsasında qurulması əhalinin bizə inamını artıran əsas amillərdən biridir. Buna görədə biz öz fəaliyyətimizi Azərbaycan Respublikasının qanunlarına və Bələdiyyələrin statusu haqqında müvafiq sənədlərə əsaslanaraq qurur və əhaliyə mütəmadi məlumat veririk.

İndi isə icazənizlə Xocəsən Bələdiyyəsinin büdcəsi , gəlirləri və xərcləri barəsində məlumat verim.

Keçən bir il ərzində Xocəsən bələdiyyəsinin büdcəsinə 257959

vəsait daxil olmuşdur.

Ümumilikdə 2018-ci ildə bələdiyyə büdcəsinə 154.063daxil olan vəsait daxil olub: torpaq vergisi 14.920 manat, Əmlak vergisi109.989 manat, Məişət tullantıları 6160 manat, İcarədə olan torpaqlara görə2994 manat, dotasiyadan 20.000 daxil olub Məişət tullantılarının yığışdırılması , daşınması və zərərsizləşdirilməsi ilə bağlı daxil olan ödənişlərin həcmi isə 110.056 manat olub. Beləliklə bələdiyyənin büdcə gəliri 264 min manat olub.

Xocəsən bələdiyyəsinin 2018-ci ilin yekun xərcləri isə 153797 manat olmuşdur.

***

Bələdiyyə statusu haqqında Azərbaycan Respublikasının Qanunun 16 maddəsinə əsasən 2018-ci ildə Xocəsən bələdiyyəsi tərəfindən 14 bələdiyyə iclası keçirilmiş 95 qərar qəbul edilmişdir.

Ötən il müddətində bələdiyyəmizdə vətəndaşların qəbulu və müraciətlərinə baxılmasına xüsusi diqqət yetirilmişdir.

Məlumat üçün bildirirəm ki, hesabat ilində bələdiyyəyə vətəndaşlardan və müxtəlif təşkilatlardan 234 məktub, bu məktublardan 69 məktub Binəqədi Rayon İcra Hakimiyyətindən daxil olmuşdur.Həmin müddət ərzində bələdiyyəmizə vətəndaşlar tərəfindən 205 ərizə daxil olmuşdur.

Ümumilikdə Xocəsən bələdiyyəsinə 205 yazılı müraciət daxil olmuş, bunlardan 62 torpaqla,19 müxtəlif sənədlərin verilməsi, 4 tikinti, 8 birdəfəlik maddi yardımların verilməsi , 11 şikayətlə , digərləri isə nəzqliyyat, kanalizasiya və yolların təmir olunması ilə bağlı olmuşdur.

Məktub və müraciətlər qaldırılan məsələlərə operativ müdaxilə edilərək müsbət formada həllinə səy göstərilmişdir. Daxil olmuş məktublar və ərizələr qanunda nəzərdə tutulmuş müddətdə cavablandırılmışdır.

Vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə 2018-ci il ərzində 665 nəfər vətəndaş bələdiyyənin məsul vəzifəli şəxsləri tərəfindən qəbul olunmuş, onların müraciəti dinlənilmiş problemlərinin həlli yolunda köməklik göstərilmişdir.

Xocəsən bələdiyyəsində yaradılan İctimai sektor hər ay üzrə tədbirlər planı hazırlamış və həyata keçirmişdir. Hesabat dövründə İctimai sektor Xocəsən bələdiyyəsinin inzibati ərazisində yerləşən məktəblərdə və həmçinin məktəbəqədər müəsissələrdə 20 Yanvar, aprel döyüşləri, Xocalı soyqırımına və 31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş Hərbi vətənpərvər ruhda bir çox tədbirlər həyata keçirmişdir.

2018- ci ilin yanvar ayında aztəminatlı ailələrlə görüşlər keçirilmiş onların problemləri dinlənilmiş və maddi yardımlar göstərilmişdir.

Həmçinin hesabat dövründə Tarixi abidələrin mühafizəsi günü münasibəti ilə əlaqədar Xocəsən gənclərinin Heydər Əliyev muzeyinə ekskursiyası təşkil olunmuşdur. Gənclər günü ilə əlaqədar ərazidə yerləşən 103 saylı orta məktəb də tədbir keçirilmişdir. "Narkomaniyaya yox deyək" şüarı altında gənclərlə Xocəsən bələdiyyəsinin inzibati binasında görüş keçirilmişdir.

8 mart beynəlxalq qadınlar bayramı münasibəti ilə ərazimizdə yaşayan ən yaşlı ahıl evində ziyarət olunaraq bayramı təbrik edilmişdir. Bundan başqa 8 mart bayramı münasibəti ilə "Mənim qayğıkeş anam" şüarı altında ərazimizdə yerləşən məktəbəqədər müəsissədə İctimai sektorun təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Elimizin milli bayramı olan Novruz bayramı Xocəsən bələdiyyəsində də xüsusi qeyd olunub. Beləki ərazimizdə yaşayan aztəminatlı ailələr, valideyn himayəsindən məhrum olmuş uşaqlar, ahıllar, əlillər evlərində ziyarət olunaraq bayram sovqatı verilmişdir .

Prezident İlham Əliyevin ölkə vətandaşlarının pulsuz tibbi müayinə barədə tapşırığının icrası Binəqədi rayonu Xocəsən bələdiyyəsinin inzibti ərazisində uğurla həyata keçirilmişdir. Beləki sakinlərimiz Xocəsən Sağlamlıq Mərkəzində müayinədən keçmiş, müayinəyə gedə bilməyən ahıllar isə evlərində həkim heyyəti tərəfindən müayinə olunmuşlar.

Sözsüz ki , ərazimizin təmizliyi bizim gördüyümüz işlərin şəffaf aynasıdır. Məhz bu baxımdan hər ay üzrə İctimai sektor "Evimizi təmiz saxlayaq, yaşıllıqlarımızı qoruyaq" şüarı altında bir çox maarifləndirci tədbirlər keçirmişdir. Vergi yığımının yaxşılaşdırılması yönündə bir çox tədbirlər keçirilmiş həm bələdiyyəmizdə həm də ərazidə ağsaqqallar və komitə sədrləri ilə görüşlər keçirilmişdir.

Bələdiyyə tərəfindən Müqəddəs Ramazan bayramı münasibəti ilə Xocəsən qəsəbəsində iftar süfrələri verilmiş və aztəminatlı ailələr evlərində ziyarət olunmuşlar.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü ilə əlaqədar

ərazimin müxtəlif yerlərində ağacəkmə aksiyaları keçirilmişdir. Keçirilən bütün tədbirlər bələdiyyəmizin “ FECEBOOK” səhifəsində mətn və şəkillər vasitəsi ilə işıqlandırılmışdır.

8 May 2001-ci il tarixli “ Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamənin tədbiq olunması barədə Azərbaycan Respublikası qanunu” na əsasən Xocəsən bələdiyyəsi ərazisində bələdiyyələrin səlahiyyətlərinə aid məsələlərin həllində onlara köməklik məqsədi ilə Xocəsən bələdiyyəsinin 5 massivində 36 məhəllə komitəsi yaradılmışdır. Məlumat üçün bildirirəm ki, Məhəllə komitələri ilə mütamdi əlaqə yaradırıq düzdü bu iş tələb olunan səviyyədə qurulmayıb amma qeyd etmək istəyirəm ki, bəzi məhəllə komitələrimiz ilə cox isti münasibət qurulub və ərazidə gedən işlər həlli vacib problemlər barədə mütamadi fikir mübadiləsi aparılır, ictimai işlərdə onların potensalından istifadə edirik. Digər Məhəllə komitələrinin bu məsələləri şamil etmək olmur və söz veririk ki, həmin tərkibə yenidən baxacağıq.

Xocəsən bələdiyyəsi nümayəndəlik və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə sakinlərlə səyyar görüşlər keçirir və mövcud problemlərlə yerindəcə tanış olunur və həlli istiqamətində səlahiyyətlərimiz daxilində müvafiq tədbirlər görülür. Onuda qeyd etmək istərdim ki, hal-hazırda Dəyirman yolu yeni məhəllədə təmir-asvaltlama işlərinə start verilmişdir.

Ərazimizdə olan problemlər ilə bağlı məlumat vermək istərdim:

         Bələdiyyə ərazisində sosial layihələrin həyata keçirilməsi, sakinləri narahat edən problemləri operativ həll edilməsi məqsədi ilə bələdiyyə büdcəsinin formalaşması. Vergilərin və rüsumların bütünlükdə yığılmasına nail olmaq;

         Bələdiyyə üzvləri və qulluqçuları arasında icra intizamına diqqəti artırmaq və daxili nizam – intizam qaydalarına nəzarəti gücləndirmək;

         Bələdiyyələrin Məhəllə Komitələrinin işinin gücləndirilməsi;

         Məişət və digər tullantıların idarə olunmasını dahada təkminləşdirmək;

         Vətəndaşların müraciətlərinə baxılmasına xüsusi diqqət yetirilməsi, onların problemlərinə qayğı ilə yanaşılması, qaldırılan problemlərin həllinə nail olunması.

Ölkəmizdə geniş, hərtərəfli quruculuq işləri aparılır və davamlı olaraq bütün sahələrdə böyük nəaliyyətlər əldə olunur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzu durmadan yüksəlir , mövqeləri möhkləmlənir. Demokratik dəyişikliklərin geniş vüsat aldığı indiki zamanda yerli özünüidarədə, bələdiyyələrin də rolu getdikcə artmaqdadır. Bələdiyyələr ölkənin tərəqqisində və demokratiyanın inkişafında mühüm yer tutur.

Xocəsən bələdiyyəsi kollektivi olaraq, qısa zaman kəsiyində bələdiyyəmizin ərazisində mövcud olan problemlərin uğurla aradan qaldıracağımıza və qəsəbədə yaşayan sakinlərin rahat və problemsiz həyat tərzi sürmələri üçün öz vəzifəmizi layiqincə yerinə yetirməklə bu tərəqqini davam etdirməyə çalışacağıq.

 Məhərrəm Əsgərov

Binəqədi rayonu Xocasən bələdiyyəsinin sədri

Yazı Xocəsən bələdiyyəsinin 2018-ci il fəaliyyətini əks etdirən hesabatı əsasında hazırlanıb

 

 

 

ŞƏRHLƏR