"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrlə iş portalı”nın ilkin versiyası istifadədir-BƏLƏDİYYƏ İDARƏÇİLİYİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR

--2021-02-18 / 14:59

Bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi diqqət mərkəzindədir

 Ölkəmizdə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və hesabatlılığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və ictimai iştirakçılığın genişləndirilməsi sahəsində islahatlar uğurla davam etdirilir.

Ölkə başçısının 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda yerli özünüidarəetmənin təkmilləşdirilməsi məqsədilə rəqəmsal idarəetmə metodlarından istifadəyə, hesabatlılığın, aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsinə yönəlmiş bir sıra vəzifələr müəyyənləşdirilmişdir. Onların icrası istiqamətində ardıcıl tədbirlər görülür.

Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində və onlarla iş sahəsində rəqəmsal idarəçiliyin tətbiqi Ədliyyə Nazirliyinin diqqət mərkəzindədir.

Yerli özünüidarəetmə orqanlarının işinin yeni tələblərə uyğunlaşdırılması, müasir texnologiyalar və internetdən istifadənin genişləndirilməsi üzrə davam etdirilən tədbirlər nəticəsində kompüter avadanlığı ilə təmin olunmuş bələdiyyələrin sayı 48%-dən 66%-dək, internetə çıxışı olanların sayı isə 39%-dən 62%-dək artmışdır.

2020-ci ilin avqust ayından “Bələdiyyələrlə iş portalı”nın ilkin versiyası istifadəyə verilmişdir. Yeni yaradılmış elektron resursda fərdi kabinet vasitəsilə bələdiyyə aktlarının yayımlanması, onların axtarışı, avtomatlaşdırılmış rejimdə statistik hesabatların tərtib edilməsi kimi funksional imkanlar yaradılmış, nazirliyin aidiyyəti qurumları və bələdiyyələr arasında elektron sənəd mübadiləsi o cümlədən bələdiyyə aktlarının inzibati nəzarət orqanına elektron qaydada göndərilməsi təşkil olunmuşdur. Ədliyyə Nazirliyinin rəsmi internet saytında yerləşdirilmiş keçid üzərindən portala daxil olmaq üçün nazirliyin aidiyyəti əməkdaşlarına, habelə zəruri avadanlıq və internetə çıxış imkanı olan bütün bələdiyyələrə istifadəçi adı və şifrələr təqdim olunmuş, portaldan istifadə qaydaları ilə bağlı pandemiya şəraiti nəzərə alınaraq video təlimat hazırlanmışdır. Portaldan istifadə barədə maarifləndirilmə üçün video təlimat bələdiyyələrə göndərilmişdir. Hazırda Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrin demək olar ki, hamısı portaldan istifadə edir. Regionlar üzrə isə internetə çıxış imkanı olan bələdiyyələrin portaldan istifadə səviyyəsi müxtəlifdir. Onlarla zəruri metodiki işin davam etdirilməsi üçün regional ədliyyə idarələri tərəfindən tədbirlər görülür.

Həmçinin Ədliyyə Nazirliyinin göstərdiyi çoxsaylı elektron xidmətlərin siyahısına “Bələdiyyələr barədə məlumatın əldə edilməsi” xidməti də daxil edilmiş, ölkə bələdiyyələri barədə məlumatın əldə edilməsinə dair elektron xidmət üzrə işlər yekunlaşdırılmışdır. Bu elektron xidmətin tətbiqi ilə vətəndaşların bütün bələdiyyələr və 15 mindən artıq bələdiyyə üzvü barədə məlumat əldə etmək imkanı təmin olunacaqdır.

Hazırda digər bələdiyyələrin internetə çıxış imkanının yaradılması və müvafiq avadanlıqla təmin edilməsi və beləliklə də bütün bələdiyyələrin portaldan istifadəsinə nail olunması, portalın tam istifadəyə verilənədək ilkin versiyasının   funksionallığının artırılması, bələdiyyələr barədə elektron xidmətin məlumat bazasının genişləndirilərək bələdiyyə qulluqçuları barədə məlumatların da yerləşdirilməsi istiqamətində işlər davam etdirilir.

 BƏLƏDİYYƏLƏRLƏ İŞ MƏRKƏZİ

ŞƏRHLƏR