"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrlə iş Mərkəzi Nərimanov bələdiyyəsində seminar keçirib

--2022-05-15 / 12:51

Nərimanov bələdiyyəsindən daxil olan məlumata görə, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi Nərimanov bələdiyyəsində görüş keçirib. Seminarda mərkəzin əməkdaşları İsrafil Mustafayev və Səfa Cəfərov iştirak edib.

Seminarda Nərimanov bələdiyyəsinin üzvləri və bələdiyyə qulluqçuları ilə torpaq və əmlak vergisi üzrə qeydiyyatın dəqiqləşdirilərək, bu prosesin qısa müddətdə başa çatdırlılması, vergilərin qanunvericiliyin tələblərinə uyğun hesablanılması, həmçinin vergilər üzrə ödənilməmiş borcların yığılaraq yerli büdcəyə mədaxil olunması üçün ciddi tədbirlərin görülməsi, ərazidə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrdə gecələmə sayı barədə hesabatların bələdiyyəyə təqdim oluması və həmin hesabatlar üzrə yerli büdcəyə ödəmələr barədə ərazidə fəaliyyət göstərən müəssisələrə məktubla müraciət edilməsi, təmin olunmadığı halda müvafiq öhdəliyin həmin müəssisələrin rəhbərlərinin üzərinə qoyulması tələbi ilə məhkəmədə iddia qaldırılması (qeyd edilən məktubun və iddia ərizəsinin nümunəsinin Bələdiyyələrlə iş Mərkəzi tərəfindən hazırlanaq müvafiq tövsiyə ilə birlikdə bələdiyyələrə göndərilmişdir), bələdiyyənin təsdiq edilmiş büdcəsinin həm mədaxil, həm də məxaric hissəsinin gündəlik nəzarətdə saxlanılmalı, gəlirlər hissəsində əhəmiyyətli dərəcədə fərq olduğu halda büdcənin mədaxil və məxaric maddələrində büdcə təsnifatı üzrə təsdiq edilmiş təxsisat həddində dəyişkiliyin edilməsi üçün məsələnin bələdiyyə iclasının müzakirəsinə çıxarılması, bələdiyyə büdcəsinə vəsait ayrılarkən büdcənin xərc istiqmətlərinə istinad edilməsi, yerli büdcənin yarımillik və illik icrası barədə maliyyə hesabatların dəqiq, əhatəli hazırlanması və yerli sakinlərin həmin hesabatlarla tanış olması üçün mümkün olan bütün tədbirlərin görülməsi, həmçinin bələdiyyələrin idarəetmə xərclərin maksimum azaldılması icra aparatının səmərəli qurulması yerli büdcə vəsaitlərindən daha çox yerli əhəmiyyətli məsələlərin həllində müxtəlif sosial layihələrn maliyyələşdirilməsinə nail olunması və bələdiyyələrdə sənədləşmə işinin, kargüzarlığın və sənədlərin arxivləşdirilməsinin qanunvericiliyn tələblərinə uyğun təşkili bu zaman yerində metodik köməkliyn göstərilməsi məsələləri ətrafında ciddi fikir mübadiləsi aparılmışdır.

Seminarda iştirak edən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin bu təşəbbüsünü alqışlayaraq əməkdaşlıq əlaqələrinin genişləndirilıməsində belə görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini və bələdiyyələrin daha səmərəli fəaliyyətinə müsbət mənada təsir etdiyini dilə gərtirib.

Sədrin sözlərinə görə, belə görüşlər həm də bələdiyyənin vergi xidməti orqanında yaranan sullara daha opertiv şəkildə cavab almağa da şərait yaratmış olur.

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar mərkəzin əməkdaşları tərəfindən cavablandırılmışdır.

Belediyye.infonun əldə etdiyi məlumata görə mərkəz bu günədək Bakının 25 bələdiyyəsində bu mövzu seminar keçirib.

Belediyye.info

ŞƏRHLƏR