"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrlə iş mərkəzi daha bir metodik vəsaitin təqdimatını keçirib

--2018-12-26 / 12:19

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi 21 dekabr 2018-ci il tarixdə daha bir metodik vəsaitin təqdimatını keçirib.

Bələdiyyələrlə İş mərkəzinin hazırladığı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ-ni) maliyyə dəstəyi ilə nəşr edilən “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair sənədlər toplusu” Ədliyyə Naziriliyi Kollegiyasının 2017-ci ili 29 iyun tarixli qərarına əsasən yerli özünidarəetmə orqanlarında işin təşkilinə kömək məqsədi ilə hazırlanmışdır. Topluda sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə aid sənədlər toplanılıb.

Bu toplu sahibkarlığın inkişafında bələdiyyələrin iştirakının genişləndirilməsi üçün səmərəli vəsait olacaqdır.

Kitab bütün bələdiyyələrə paylanacaqdır.

 

Belediyye.info

ŞƏRHLƏR