"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin xanım üzvləri üçün təlim keçirilib

--2021-10-20 / 17:40
20 oktyabr 2021-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) texniki dəstəyi ilə Bakı şəhəri, “Park Inn” otelində Bakı, Gəncə, Sumqayıt şəhərlərinin, Abşeron və Neftçala rayonlarının bir sıra bələdiyyələrini təmsil edən nümayəndələri üçün “Bələdiyyələrdə gender əsaslı komissiyaların işinin gücləndirilməsi” çərçivəsində “Bələdiyyələrin hüquq və vəzifələri” və “Ünsiyyət bacarıqları” mövzularında təlimlər keçirilmişdir.
Təlimlərdə iştirakçı qismində Gender əsaslı komissiyaları yaradılmış Sumqayıt, Bakı şəhərinin Xətai, Nəsimi, Səbail, Yasamal, M.Ə.Rəsulzadə, Lökbatan, Abşeron rayonunun Xırdalan, həmçinin komissiyaların yaradılması üçün pilot bələdiyyə kimi müəyyən edilmiş Neftçala, Bakı şəhərinin Nərimanov, Səbail, Bibiheybət, Gəncə şəhərinin Nizami və Kəpəz bələdiyyələrinin qadın bələdiyyə üzv və qulluqçuları iştirak etmişlər.
Səbail bələdiyyəsindən Gender Komissiyasının sədri Pərvin Nəcəfova komissiya üzvü Orxan İsmayilov iştirak ediblər.
Tədbirlər oktyabr ayının 21-də “İnzibati icraat haqqında qanun: hüquq tətbiqi vərdişləri və praktikası, şikayət mexanizmləri və onlardan istifadə qaydaları” və 22-də “Liderlik” mövzularında davam etdiriləcəkdir.
ŞƏRHLƏR