"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin reklam gəlirləri kəskin şəkildə azalıb-“KİMDİR MÜQƏSSİR?”

--2019-05-02 / 03:32

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2018-ci ildə 1607 bələdiyyənin açıq məkanda reklam yerləşdirilməsi və yayımından daxil olan ödənişin həcmi cəmi 23.400 manat təşkil eidb. Qeyd edək ki, bu da 2017-ci ildə əldə edilən vəsaitin cəmi 11.7 faizi deməkdir, yəni 2017-ci ildə bələdiyyələr reklamdan 200.200 manat maliyyə vəsaiti əldə ediblər.

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının illik yığıncağında bələdiyyə sədrləri bu gəlirlərin azalımasının əsas səbəbi kimi Azərbaycan Dövlət Reklam Agentliyinin bələdiyyə büdcəsinə bu vəsaitin indiyədək ödəməməsiylə izah ediblər. 2017-2018-ci illərdə qəbul edilmiş Qanun və normativ hüquqi sənədlərə görə, bələdiyyə ərazisində yerləşdirilən reklamdan əldə edilən vəasitin 10 faizi yerli büdcəyə keçirilməlidir.

Mövzunu diqqətdə saxlayacağıq.

Belediyye.info

ŞƏRHLƏR