sorğu
Bu ilin ötən dövründə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə metodoloji kömək sahəsində əməli tədbirlər görülüb.
Belediyye.infonun məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, 2022-ci ildə 40 mindən çox bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib. Nəticədə 1.600-dən artıq akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 7.000 hektardan artıq torpaq sahəsi geri qaytarılıb.
Belediyye.info