"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin daha yaxşı işləməsi üçün bələdiyyə seçici həmrəyliyi vacib amildir

--2019-01-30 / 11:13

Ölkəmizdə bələdiyyələrin yaranması, inkişafı, hüquqi bazasının formalaşması ümumilli lider H.Əliyevin adı ilə bağlıdır. Ulu öndərin demokratik və dünyavi dövlət qurulucuğunda həyata keçirdiyi ən mühüm islahatlardan biri də yerli özünüidarəetmə qurumlarının yaranmasıdır.

Ulu öndərin siyasətinə və dövlət quruculuğu ənənələrinə sadiq olan Prezident İlham Əliyev bələdiyyələrin inkişafını sürətləndirmiş, hüquqi bazasını daha da təkmişləşdirərək “Bələdiyyələrin statusu haqqında” “Bələdiyyənin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında”, “Yerli vergilər və ödənişlər haqqında” qanunlara və digər hüquqi normativ aktlara əlavə və dəyişikliklər etməklə bələdiyyələrə yeni-yeni əlavə səlahiyyətlər vermişdir.

Bu gün ölkəmizdə böyük infrastruktur layihələr həyata keçirilir. Elm, təhsil, texnologiya sahəsində böyük uğurlar əldə edilir. Ölkəmizdə qeyri-neft sektorunun və sahibkarlığın inkişafına böyük dəstək verilir.

Etiraf edilməlidir ki, son 14 ildə Xaçmaz şəhəri 2 dəfədən çox böyüyərək inkişaf etmiş müasir Avropa şəhərlərinə çevrilmişdir.

Möhtərəm Prezident İlham Əliyev 2018-ci ilin mayında Xaçmaza səfəri zamanı yeni çəkilən içməli su və kanalizasiya xəttinin, Xaçmaz su idarəsinin inzibati binasının, yeni salınmış yolların və Xalça fabrikinin açılışında qeyd etmişdir ki, biz ölkəmizdə apardığımız daxili siyasətin nümunəsini Xaçmazda həyata keçirilən abadlıq quruculuq işlərində görürük. Xaçmaz şəhəri inkişaf edərək yenilənmişdir.

Diqqət çəkən məqam odur ki, bu işlərin böyük əksəriyyəti daxili imkanlar hesabına icra olunur,böyük sevgi və həvəslə həyata keçirilir.

Xaçmaz parklar, abidələr, fəvvarələr və heykəllər şəhəri kimi rayonumuza gələn hər bir adamın diqqətini cəlb edir. Son zamanlar şəhərdə, xüsusən də “Bakı” prospektində, “Çənlibel” parkında görülən işlər, tikilən o uca qüllə Xaçmaza daha da əzəmət verir və insanların zövqünə oxşayır.

Abadlıq quruculuq işləri hörmətli Xaşmaz RİH-in dəstəyi ilə Xudat şəhərində də davam etdirilir. Hazırda Xudatda yeni uşaq bağçası tikilir.

Bir neçə bağça təmir olunub, evlərin köhnə dam örtükləri yenisi ilə əvəz olunur. Yeni-yeni sahibkarlıq obyektləri tikilərək istifadəyə verilir.

Bələdiyyələr də ölkəmizdə həyata keçirilən sosial -iqtisadi inkişaf prosesində yaxından iştirak edərək yerli əhəmiyyətli problemlərin həllində, yerli özunu idarəetmənin inkişafında, bələdiyyə-vətəndaş münasibətlərinin formalaşmasında əhalinin sosial müdafiəsinin gücləndirməsində, tənha, kimsəsiz, aztəminatlı ailələrə yardımların verilməsində yaxından iştirak edir.

Azərbaycan Respublikası konstitusiyasının tələblərinə uyğun olaraq bələdiyyələr öz fəaliyyətini iclaslar və daimi komissiyalar vasitəsilə həyata keçirir.“Bələdiyyələrin statusu haqqında” Qanuna əsasən bələdiyyələrin iclasları ayda 1 dəfədən az olmayaraq bələdiyyə sədri tərəfindən çağırılır.

2018-ci il ərzində Xudat bələdiyyənin 19 iclası keçirilmiş, bələdiyyə fəaliyyətinə dair 48 yerli əhəmiyyətli məsələlər müzakirə olunaraq qərarlar qəbul edilmişdir.

2018-ci il ərzində bələdiyyənin yerli büdcəsi “Bələdiyyələrinn maliyyəsinin əsasları” haqqında qanuna əsasən tərtib edilmişdir.

2018-ci il üçün bələdiyyənin yerli büdcəsinin gəlir hissəsi 94.220 manat məbləğində nəzərdə tutulduğu halda icrası 70.423 manat -75 % olmuşdur

Bu əsasən:

-fiziki şəxslərdən əmlak vergisi üzrə 25133 manata qarşı 28019 manat

-fiziki şəxslərdən torpaq vergisi üzrə 13822 manata qarşı 14144 manat

-bələdiyyə torpaqlarının özəlləşdirilməsindən və ya satışından 26000 manat nəzərdə tutulduğu halda 16177manat

-bələdiyyə torpaqlarının icarəyə verilməsindən icarə haqqı üzrə 4800 manata qarşı 5841 manat

-əhalini içməli su ilə təmin olunmasından əldə olunmuş ödəniş üzrə 2262 manat,

-dotasiya 3150 manat

-xidmət haqqı-830 manat

2018-ci ildə yerli büdcənin xərclər hissəsinin icrası 71.101 manat təşkil etmişdir.

O cümlədən:

-Daxili Yolların cari təmiri- 8079 manat

          -Futbol stadionun təmiri-5099 manat,

-1-ci şöbədə yeni yaşayış massivinə 10 ailəni təmin edən içməli su xəttinin çəkilişi-1830 manat,

-Mərkəzi Malikanədə su xəttinin təmiri-1370 manat,

-1-ci şöbə ərazisinə çirkab suların axıdılması üçün arxların təmizlənməsi-750 manat,

-Xudat-Nabran yolunda kanalizasiya xəttinin təmizlənməsi-480 manat,

-2 saylı orta məktəbin təmiri-1460 manat,

-4 saylı orta məktəbin təmiri-300 manat,

-1-ci şöbədə yeni yaşayış massivində təmizlik işlərinin görülməsi -2100 manat,

-3-cü şöbə yolu yeni yaşayış massivində zibilxananın təmirinə-940 manat,

-1, 2, 6-cı şöbə ərazilərində zibilxanaların daşınaraq təmizlənməsinə -2330 manat,

-İstehsalatda bədbəxt hadisələrdən işçilərin sığortası-57 manat,

-Şəhid və tənha kimsəsizlərə bayramla əlaqədar ərzaq səbətlərinin paylanılması-602 manat,

Yerli demokratiya həftəsi çərçivəsi də vətəndaşlarla görüşlər keçirilmişdir. Vətəndaşlar tərəfindən qaldırılan problemlərin bir hissəsi həll edilmiş qalan problemlərin həlli istiqamətində tədbirlər görülməkdədir.

Hesabat ilində bələdiyyədə vətəndaşların qəbulu, onların ərizəsi və şikayətlərinə baxılması “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilmişdir. Hesabat ilində bələdiyyənin sədri və müavini tərəfindən 420 vətəndaş qəbul edilmişdir. Həyətyanı torpaq sahəsi ilə bağlı 10, maddi yardımla bağlı 13, su arxlarının təmiri ilə əlaqədar 30, yol çəkilişi və təmiri ilə əlaqədar 72, təhlükə mənbəyi olan ağacların kəsilməsi və budanması ilə əlaqədar 33, torpaq mübahisəsi ilə əlaqədar 86 ərizə, hərbi hissələrə müraciət və məzuniyyətə gələn əsgərlərin qeydiyyatı ilə əlaqədar 78, xəritələrin çəkilişi ilə əlaqədar 98 və s müraciətlərə baxılmışdır.

Bələdiyyəyə daxil olmuş ərizə və şikayətlərə yazılı və şifahi cavab verilmişdir.2018-ci il ərzində bələdiyyədən Respublikanın Nazirlik, İdarə və təşkilatlarına 255 məktub göndərilmişdir. Bələdiyyə üzrə 2018 ci il ərzində 33 sərəncam, 9 əmr verilmişdir. Bələdiyyəmizdə 2018-ci ildı 11 nəfər işçi çalışmışdır. İşçilərdən 2 nəfər bələdiyyə üzvü, digərləri isə bələdiyyənin icra aparatında və təsərrüfat sahəsində fəaliyyət göstərir.

Bələdiyyələrin daha yaxşı işləməsi üçün bələdiyyə seçici həmrəyliyi vacib amildir. Ümid edirik ki, öz istək və arzularınız, səmərəli təkliflərinizlə bələdiyyəyə yaxından kömək edəcəksiniz. Seçicilərimizi bir daha əmin edirəm ki, yerli əhəmiyyətli problemlərin həllində bələdiyyə öz imkanları daxilində sizlərə köməyini əsirgəməyəcəkdir.

 Elman Allahverdiyev

Xaçmaz rayonu, Xudat bələdiyyəsinin sədri

 

ŞƏRHLƏR