"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrimiz ötən il nə qədər gəlir əldə edib?

--2020-07-04 / 18:17

Azərbaycanda formalaşan 1606 bələdiyyənin 2019-ci ildə büdcə gəlirlərinin həcmi 36.381.800

manat olub. Bu rəqəm 2018-ci illə müqayisədə 1.1 faiz, yəni 408.100 artıq deməkdir.

Bu barədə Belediyye.infoya məlumat Dövlət Statistika Komitəsindən daxil olub.

Əldə edilən vəsaitin 20.8 faizi əmlak vergisindən, 14.6 faizi torpaq vergisindən, 3,3 faizi mədən vergisində, 5.4 faizi kurort-sanatoriya və mehmanxana, o cümlədən turuzm xidmətlərindən, 0.8 faizi avtomobil dayanacaqlarından, 23 faizi bələdiyyə əmlakının özəlləşdirilməsindən ,13 faizi icarəyə verilməsindən, 0.6 faizi fiziki, 0.1 fazi isə hüquqi şəxslərin maddi yardımlarından daxil olub.

İl ərzində dövlət tərəfindən bələdiyyələrə 5.685.800manat dotasiya ayrılıb.

Ən çox azalma Qazax, Lerik və Bərdə rayon bələdiyyələrində, ən çox artım isə Ağsu, Qəbələ, Salyan, Gəncə, Göygol rayonunda fromalaşn bələdiyyələrdə baş verib.

Ümumlikdə, isə bələdiyyə mülkiyyətində olan müəssiələrdən ötən il cəmi 1.900 manat, daşınmaz əmlakın üzərində reklam daşıyıcısının yerləşdirdiyi reklama görə 16.400 manat maliyyə vəsaiti daxil olub.

Belediyye.info

 

ŞƏRHLƏR