"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrə sistemili şəkildə marağı artırmaq üçün ilk növbədə...-SORĞU

--2019-09-07 / 09:12

Sosial mediada belə bir müraciətlə dostluğumda olanlara müraciət edərək ardını yazmalarını xahiş etmişdim. Maraqlı cavablar, obyektiv və subyektiv fikirlər qeyd edilib. Hər bir yazılan fikrə diqqətlə yanaşaraq əl gəzidrmədən Belediyye.infounun oxucularına təqdim edirik.    

Müraciətimə cavab olaraq yazılanları xırda redaktə ilə olduğu kimi təqdim edirəm:

-Aygul Abdullayeva: -İlk növbədə təsirdən azad olunmalıdır, etimadı doğrudan, ən azından heç kim üçünsə olmasa da bələdiyyənin problemlərini həll edən, bu sistemi anlayan kadrları saxlamaq lazımdır.Tamamilə yeniləmək və bələdiyyədən anlayışı olmayan insanları bura yığmaq həmişə yerində saymaqla nəticələnəcək. Cunki müəyyən təcrübəyə catirsan, 5 il bitir və yenidən çarx dönür əvvələ...

-Sabina Abdullayeva: -Nə qədər ki, savadsız innovativ olmayan, bir layihəsi, bir yeni düşüncəsi olmayan, kiminsə qohumu, dostu bəzi savadsız insanlar bələdiyə üzv və ya qulluqçu kimi qalacaq xeyri yoxdur.

-Nazim Həsənov: - İlk növbədə səlahiyyətləri artırılmalı ikili standartdan çıxmalıdır. Ən azından yerlərdəki icra nümayəndələri ləğv edilməlidir. Vergilərin yığılması üçün təsir mexanizmləri hazırlanmalıdır. Hələki bələdiyyə bizdə özünü tam təsdiqləməyib. Mən belə baxıram heç növbəti beş ildə də təsdiqləyə bilməyəcək. Birdəki icra başçısı bələdiyyəyə öz şəxsi malı kimi baxırsa bu heç 10 ilə də düzələn işə oxşamır…

-Sevda Qaraəhmədova: Mən 18 il Zabrat bələdiyyəsində müxtəlif işlərdə işləmşəm.Yaxsı təcrübə toplamışam. İxtisasca iqtisadçıyam. Hazırda idarəçilik etməyə tam hazıram. Amma artıq işsizəm...

-Zahid Qasimli: Bələdiyyəyə müstəsna səlahiyyətlər verilməlidir. İdarəetmə təcrübəsi, insanlarla ünsiyyət qurmaq bacarığı olanlar bələdiyyəyə seçilməlidirlər.

-Sabir Yunusov: Savadsız öz evini idarə edə bilməyən insanlar üzv olmaq birtərəfə sədr olmaq arzusunda yaşayanlardan danışmırsınız...

-Salam Əliyev: Bələdiyyələrdə əsas təcrübəli kadr məsələsidir.Bələdiyyə sədri gəldi gedərdi.5 il işləyib təcrübə toplayana qədər vaxtı bitir.

-Həyat Dünyamalıyeva: Bələdiyyələrə səlahiyyət verilməli və bələdiyyələr də bu səlahiyyətdən öz xeyirləri deyil, xalqın dövlətin xeyrinə işləməlidirlər...

-Fərqanə Allahverdiqızı: - Bələdiyyələrin səlahiyyəti artırılmalı, icra hakimiyyətlərdən asılı vəziyyətdə saxlanmamalıdır...

-Firangiz Əsgərzadə: Normal ölkələrdə Bələdiyyə idarəsi var,"İcra" deyilən idarə yoxdur. Bizdə isə hər ikisi birdən var, öz ciblərindən başqa heç nə icra etmirlər!

-Samir Rahimov: Bələdiyyələrə marağı artırmaq üçün Bələdiyyələrdə inqilabi təkamül fəaliyyətlərinə başlanılmalıdır. Yığılan bələdiyyə ödənişləri ilə (mən çoxusunun 6 aylıq yığım məbləğləri ilə tanış olmuşam. Hətta 600 min manat 6 ayda yığım edənlər var) İcma əhalisinin sosial problemlərinin həllinə çalışmaq lazımdır. Yerlərdə yeni iş yerlərinin yaranmasına səbəb olan sahibkarlıq fəaliyyətini inkişaf etdirmək lazımdır, yerli və xarici investisyalar cəlb etmək lazımdır, hər bir bələdiyyə idarəsi sosial şəbəkədə özünün TV kanalını yaratmalıdır və öz ərazisində yaşayan əhalini bu kanala ianə edərək hər bir bələdiyyə iclasını, gələcək fəaliyyət planlarını bu kanalda öz üzvülərinə çatdırmalıdır, xarici ölkələrdəki bələdiyyələrlə iş birliyi qurulmalıdır, özünün bələdiyyə bankını yaratmalıdır, lotereyalar təşkil edərək əhalinin xeyir- şərinə kömək olunmalıdır. Bir sözlə dövlətin üzərində olan ağır sosial işləri paylaşılmalıdır. Yol salmaq, həyətdə ağac əkmək, parkda skamya pərçimləmək, bardur rəngləmək, torpaq satmaq qaldı 1999 cu ildə...

Belediyye.info

ŞƏRHLƏR