"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Bələdiyyələrdə subvensiya layihələrinin hazırlanması” mövzusunda seminar keçirilib

--2020-02-22 / 16:25

Göyçay Regional Ədliyyə İdarəsiİdarənin ərazi yurisdiksiyasına aid olan Göyçay, Ucar, Ağdaş, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 44 nəfər bələdiyyə üzv və qulluqçularının və Almaniya Beynəlxalq Əməkdaşlıq cəmiyyətinin koordinatorunun (M.Abdullayev), həmin cəmiyyətin cəlb etdiyi bələdiyyə məsələləri üzrə ekspertinin (Z.Fərəcov) və Maliyyə Nazirliyinin Büdcə şöbəsinin yerli büdcələrlə iş sektorunun müdiri (E.Vəliyev) iştirakı ilə 21.02.2020-ci il tarixdə saat 11:00-da “Bələdiyyələrdə subvensiya layihələrinin hazırlanması” mövzusunda Göyçay regional ədliyyə idarəsində bələdiyyələrin maarifləndirilməsi üzrə təlim təşkil edilmişdir.

Eyni zamanda təlimdə “Subvensiya layihələrinin hazırlanması və idarə edilməsi” ilə bağlı metodik vəsait iştirakçılara paylanmışdır.

Göyçay Regional Ədliyyə İdarəsi

ŞƏRHLƏR