"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrdə miqrantların əməyindən istifadə olunur?

--2017-10-11 / 07:12

Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının yaydığı məlumata görə,                sahə həmkarlar təşkilatı  olaraq  Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə günü münasibəti ilə üzv təşkilatlarda çoxsaylı maarifləndirmə tədbirləri keçirib.

Verilən məlumatda qeyd edilir ki, keçirilən tədbirlərdə insan alverinin qarşısının alınmasında, insan alveri qurbanlarının və potensial qurbanların müdafiəsində cəmiyyətin rolunun vacibliyi qeyd edilib.

Bununla yanaşı təşkialtın  bügünlərdə yerli təşkiatlar arasında  apardığı sorğular nəticəsində məlum olub ki, yerli özünüidarəetmə orqanlarında miqrantların əməyindən istifadə olunmur. Miqrantların əməyindən istifadə qaydaları ilə üzv təşkilatların rəhbərləri mütamadi olaraq   məlumatlandırılır.  Bununla yanaşı

yerli özünüidarəetmə orqanlarında bağlanmış kollektiv müqavilələrdə gender bərabərliyi, məşğulluq sahəsində ayrı-seçkiliyin yol verilməməsi öhdəliklərinin  yerinə yetirilməsi üçün həmkarlar ittifaqı komitəsi bütün vasitələrdən istifadə edir.

Belediyye.info

ŞƏRHLƏR