"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Bələdiyyələrdə informasiya kommunikasiya texnologiyalarının tətbiqi” və “Vergi - uçot sisteminin təkmilləşdirilməsi” mövzusunda video-seminar keçirilib

--2020-08-12 / 13:10

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları “Bələdiyyələrdə informasiya komumunikasiya texnologiyalarının tətbiqi” və “Vergi - uçot sisteminin təkmilləşdirilməsi” mövzuları üzrə birgə videoseminar keçirilmişdir. Seminarda 40 şəhər, qəsəbə və kənd bələdiyyələrinin sədrləri və aidiyyatı strukturların nümayəndələri iştirak etmişdir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəis müavini Fazil Məmmədov və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının koordinatoru, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının İcraçı katibi Tofiq Həsənov tədbirin keçirilməsi zərurəti, bir sıra bələdiyyələrin qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yollarının birgə müzakirəsinin vacibliyini qeyd etdilər.

Bələdiyyələrlə iş Mərkəzinin rəis müavini Fazil Məmmədov “Bələdiyyə işinin təşkilində müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi”, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının İcraçı katibinin müavini Pərviz Muradov “Bələdiyyələrdə vergi-uçot sisteminin təkmilləşdirilməsi” mövzusunda çıxış etdilər.

Daha sonra mövzu üzrə müzakirələr aparıldı, videoseminar iştirakçılarının sualları məruzəçilər və ekspertlər tərəfindən cavablandırıldı. Bildirildi ki, bu formatda tədbirlər davam etdiriləcəkdir.

ŞƏRHLƏR