"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrdə hesabatlılıq necə təmin edilir? CİDDİ

--2021-07-27 / 05:04

Bu gün cəmiyyətdə bir çox hallarda bələdiyyələrin fəaliyyəti birmənalı qarşılanmır. Bələdiyyələrin fəaliyyəti haqqında məlumat bir çox hallarda dar çərçivədə sərgilənir və sakin öz bələdiyyəsinin fəaliyyətindən bəzən xəbərsiz olur. Sual olunur əgər bələdiyyənin fəaliyyət varsa niyə təbliğ olunmur.

Bizdə bu istiqamətdə təsisçisi olduğumuz sayt vasitəsiylə ciddi addımlar atır, daim istər saytda, istərsə də sosial media üzərindən bələdiyyələrin həm problemlərini ictimailəşdrməyə, həm də fəaliyyətlərini təbliğ etməyə çalışırıq. Bununla yanaşı 200 artıq bələdiyyə sədrinin də daxil olduğu “Votsap qrup”da daim hesabatlılıq məsələsini gündəmə gətiririk.

Bəli, əsas məqsədimiz Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu bələdiyyə sisteminin inkişafına öz dəstəyimizi göstərməkdir.

Az-çox bələdiyyələrin qarşılaşdığı problemlərin həllinə bu günədək müəyyən mənada kömək göstərməkdəyik. Lakin bəzi naşı və təcrübəsiz sədrlərin fəaliyyətsizliyi bir yana qalsın, bizim gördüyümüz işi görməməkləri və kiməsə güvənib görməməzliyə vurmaları istər-istəməz bizdə narahatlılq yaratmaya bilməz. (Bu mövzu ilə konkret olaraq ad çəkməklə təhlili yaxın günlərdə geniş oxucu kütləsinə təqdim edəcəyik)

Əvvəlcə qanunlarımıza diqqət yetirək. Onu da qeyd edim bu mövzu ilə əlaqəli Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən hazırlanan tövsiyə məktubu bələdiyyələrə göndərilib. (http://belediyye.info/new/details/edliyye-nazirliyi-belediyyelere-daha-bir-tovsiye-gonderib-ciddi--6320.htm)

Göndərilən tövsiyə məktubunda da qeyd edilir və “Bələdiyyələrin statusu haqqında qanunun 52-2-3 maddəsindən sitat da gətirilir:

-Maddə 52-2. Bələdiyyələrin hesabatı

- 3. Bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hesabatdan başqa, bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin iclaslarında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır.

Bu maddədən belə anlaşılır ki, bələdiyyə gördüyü işlər barəsində yerli əhalini tanış etməli və bu məqsədlə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilməli, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılmalıdır.

Bəs qanunun bu tələbi necə icra olunur? Təəssüf edirəm ki, bəzi bələdiyyə sədrləri qanunun bu tələbindən xəbərsizdirlər. Və sanki hesabatı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə və regional idarələrə göndərməkə işlərini bitmiş hesab edirlər. Amma yanılırlar. Hər bir bələdiyyə üzvü və sədr qanunun bu tələbinə hörmətlə yanaşmalı və onun icrasını təmin etməyə bilavasitə borcludur.

Necə ola bilər ki, şəhərin mərkəz bələdiyyəsi olan Səbail, Binəqədi və Yasamal bələdiyyələri hesabatı hazırlayıb həm də onu ictimailəşdirir, amma bu bələdiyyələlə qonşu olan Nəsimi bələdiyyəsi ilyarımdır gözləmə mövqeyindədir. Və yaxud Zakatalanın Muxax və Mosul bələdiyyələri müntəzəm olaraq həm fəaliyyətini təbliğ etməklə sosial mediada aktiv olsalar da, Zakatala şəhər bələdiyyəsi passivliyi ilə öndə gedir. Bu günədək fəaliyyəti görünməyən Səbail rayonu Bibiheybət bələdiyyəsi yeni tərkib də formalaşan üzvlərin və yeni seçilmuiş sədrin qətiyyəti ilə daim sakinlər arasında olmaqla həmdə fəaliyyətlərini təbliğ edir. Fəaliyyətini təbliğ etməyənlər ola bilsin bu təbliğata lüzum görmür. Deyə bilmərəm, amma onu bilirəm ki, fikrimcə seçicisinə hesabat verməyən bələdiyyə üzvləri istefa versə daha yaxşı olar.

Qeyd edim ki, bu günədək, Mərdəkan, Mollavazili (Saatlı), Muxax (Zakatala), Binəqədi, Şüvəlan, Keşlə, Bibiheybət, Badamdar, Mosul (Zakatala), Şirvan , Gəgəli (Ağsu), Mingəçevir, Yasamal və Səbail bələdiyyələri hesabatlarını ictimailəşdiriblər. Hər daim ilk olaraq hesabatı Mərdəkan bələdiyyəsi təqdim edir. Ağsunun Gəgəli bələdiyyəsi ilk olaraq bütün fəaliyyətini, hətta bütün addımlarıni belə icitmailəşdirmək üçün MMC təsis edib. Həqiqətən alqışlanası addımdır. Bəs digər bələdiyyə sədrləri nəyi gözləyir7

Üzümü sədrlərə tutub bir daha səslənirəm: fəaliyyətinizi ictimailəşdirin...

Ardı var...

Vüqar Tofiqli

ŞƏRHLƏR