"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələr birgə müəssisə təsis ediblər: Xəzər dənizinin sahil zolağında quraşdırılmış modul tipli çirkab sutəmizləyici qurğuların idarə edəcək

--2020-07-03 / 07:18

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan, Xəzər dənizinin sahil zolağında quraşdırılmış modul tipli çirkab sutəmizləyici qurğuların onlara aid əmlakla birlikdə Buzovna, Binəqədi, Bilgəh, Pirşağı və Sumqayıt bələdiyyələrinin mülkiyyətinə verilməsi barədə” 13.05.2020-ci il tarixli, 169 nömrəli qərarının icrası ilə əlaqədar Xəzər dənizinin sahil zolağında quraşdırılmış modul tipli çirkab sutəmizləyici qurğuların bələdiyyələrin mülkiyyətinə verilməsi prosesi başa çatdırılmışdır.

Belediyye.infoya daxil olan məlumatda bildirilir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan, Xəzər dənizinin sahil zolağında quraşdırılmış modul tipli çirkab sutəmizləyici qurğuların onlara aid əmlakla birlikdə Buzovna, Binəqədi, Bilgəh, Pirşağı və Sumqayıt bələdiyyələrinin mülkiyyətinə verilməsi   məqsədi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış komissiya ilə adı çəkilən bələdiyyələr tərəfindən yaradılımış komissiyalar arasında təhvil-təslim işləri qanunvericilikdə müəyyən edilmiş qaydalara uyğun aparılaraq başa çatdırılmışdır.

Buzovna, Binəqədi, Bilgəh, Pirşağı və Sumqayıt bələdiyyələri tərəfindən modul tipli çirkab sutəmizləyici qurğuların birgə idarə olunması məqsədi ilə “Azsu ekoloji qurğu” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş və qurğuların istismarı həmin müəssisəyə həvalə olunmuşdur.

Hazırda Xəzər dənizinin sahil zolağında quraşdırılmış modul tipli çirkab sutəmizləyici 17 qurğu bələdiyyələrin birgə təsis etdikləri “Azsu ekoloji qurğu” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən idarə olunur.

Xəzər dənizinin sahil boyunca ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə sahil boyu fəaliyyət göstərən bütün obyektlərin tullantı sularının modul tipli çirkab sutəmizləyici qurğulara qoşulmasının təmin olunması üçün məqsədyönlü tədbirlər görülür.  

Belediyye.info

ŞƏRHLƏR