"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyədə sağlam mühitin formalaşdırılması uğurun ilk açarıdır- GƏNC BƏLƏDİYYƏ ÜZVÜ YAZIR

--2022-10-08 / 06:34

Bu gün ölkəmizdə bütün uğurların, o cümlədən insan azadlığının, hüquqi dövlət quruculuğunun və düşmənlə döyüşdə qazanılan böyük tarixi qələbənin, iqtisadi-sosial nailiyyətlərin birbaşa səbəbkarı Ulu Öndərimiz Heydər Əliyevin və onun layiqli,  ləyaqətli davamçısı, görkəmli dövlət xadimi Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Geridə qoyduğumuz 2020-2021-ci illər ölkəmizin və xalqımızın həyatında müxtəlif hadisələrlə yadda qalmışdır.

Beləki, dünyada koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsinin müşahidə olunduğu dövrdə Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ölkə başçısının diqqət mərkəzində olmuşdur.

Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün ölkə Prezidenti tərəfindən vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə olmuşdur.

Koronavirus (COVİD - 19) infeksiyasının Sahil qəsəbə ərazisində də yarada biləcəyi təhlükənin qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Sahil bələdiyyəsi tərəfindən də müvafiq tədbirlər görülmüşdür.

Yoluxma riskinin artdığı dövrdə müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə 19 mart 2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Koronavirusla mübarizə qərargahı yaradılmış və gündəlik olaraq Sahil bələdiyyəsi tərəfindən qəsəbədə görülən işlər barədə məlumat verilmişdir.

Pandemiya dövrdə Azərbaycan höküməti tərəfindən aparılan müəyyən profilaktik tədbirlərlə əlaqədar Sahil bələdiyyəsinin inzibati binasında vətəndaş qəbulu müvəqqəti olaraq məhdudlaşdırılmış, müraciətlərini bələdiyyənin mail ünvanlarına, əlaqə nömrələrinə yönəldilmişdir. Vətəndaşların bütün müraciətləri qısa zamanda cavablandırılmışdır.

Koronavirus infeksiyasının törədə biləcəyi təhlükəni nəzərə alaraq Sahil bələdiyyə qulluqçuları tərəfindən əhali arasında maarifləndirmə işləri aparılmış, insanları evdə qalmaqla həyatlarını xilas etməyə çağırışlar edilmişdir. Bundan əlavə yaşlı nəslin qorunması üçün, qəsəbə üzrə tənha və təqaüddə olan sakinlərə, aztəminatlı ailələrə Sahil bələdiyyə qulluqçuları tərəfindən spirt və maskalar paylanılmışdır. Sakinlərə maksimum dərəcədə evdən çölə çıxmaması, ciddi ehtiyac olmadıqca evdən çıxmamaları, həmçinin hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi barədə məlumatlar verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışına cavab olaraq, koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkat və təşkilatların təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edildi. Beləliklə, könüllülər Azərbaycanda COVID-19-la mübarizənin ön cəbhəsində “vuruşmağa” başladılar.

Könüllülük - xeyirxahlıq, mərhəmət, insansevərlik, vətənpərvərlik kimi ən ali dəyərlər üzərində qurulan bir fəaliyyətdir. Zəngin mənəvi dəyərlərə sahib olan Azərbaycan xalqı da qədim zamanlardan bu ənənələrə sahib olub,  bu dəyərləri nəsildən-nəslə ötürərək qoruyub saxlayıb. Azərbaycan könüllüləri koronavirus infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınmasını özləri üçün insanlıq borcu hesab etmişlər.

Pandemiya dövründə 6 nəfər könüllü Sahil bələdiyyəsinə cəlb edilmiş, təbliğat işlərinin aparılmasında , ərzaq yardımlarının paylanılmasında bələdiyyəyə kömək etmişdir. Bu məqsədlə 6 nəfər könüllünün hər birinə 50 manat olmaqla 300 manat (protokol№-06 23.06.2020); 3 nəfər könüllünün hər birinə 100 manat olmaqla 300 manat (protokol №-11 21.10.2020); 3 nəfər könülllünün hər birinə 50 manat olmaqla 150 manat (protokol №-12 05.11.2020) məbləğində vəsait ayrılmışdır.

Koronavirus (COVID-19) infeksiyasından qorunmaq və sakinlərin evdə qalmaları üçün Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş təbliğat xarakterli plakatlar qəsəbənin bütün ictimai yerlərində, o cümlədən yaşayış binalarının giriş qəfəslərində, dayanacaqlarda, mağaza və iaşə obyektlərində, yaşayış massivlərində, küçə və digər yerlərdə asılması bələdiyyə qulluqçuları və könüllüləri tərəfindən təmin olunmuşdur.

Qəsəbədə yerləşən binalarda, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılması üçün bələdiyyə tərəfindən hər biri 40 manat olmaqla 4 ədəd dərmanlayıcı nasoslar alınmışdır.
Bələdiyyə qulluqçuları qəsəbə ərazisində ehtiyacı olan, tənha və yaşlı vətəndaşları daim nəzarətdə saxlanılmış, onlarla əlaqə saxlanılaraq ehtiyacları ödənilmişdir.
 Bütün təbliğat, maarifləndirmə dezinfeksiya və yardımların göstərilməsi pandemiya dövründə mütəmadi olaraq davam etdirilmişdir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Sahil qəsəbə ərazisində bələdiyyə qulluqçularının və könüllülərin iştirakı ilə mobil qruplar təşkil olunmuşdur. Mobil qruplar tərəfindən əhalinin sıx toplaşdığı ərazilərdə, məhəllələrdə fərdi izahetmə-xəbərdarlıq işləri aparılmış, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək qəsəbə sakinlərinə tövsiyə edilmişdir. Gündəlik olaraq saat 09:30-da mobil qruplar inzibati binanın qarşısına toplaşmış, görüləcək işlər barədə müzakirələr edilmişdir.

Sahil bələdiyyəsinin sədri E.Əliyeva ictimai-iaşə obyektlərinin sahibləri ilə əlaqə saxlamış və onlara iş qrafiki, xüsusi rejimdə işin təşkili ilə bağlı izahatlar aparmışdır.

Pandemiya dövründə şəhid, qazi, aztəminatlı ailələrə, yaşı 65-dən çox olan və tənha yaşayan sakinlərə Qaradağ rayon icra hakimiyyəti, Sahil bələdiyyəsi və müxtəlif təşkilatlardan göndərilən ərzaq yardımları bələdiyyə qulluqçularının və könüllülərin köməkliyi ilə paylanılmışdır.

Sahil bələdiyyəsi tərəfindən işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi ilə bağlı müraciət edən vətəndaşlara qaydalar izah edilmiş və yüzlərlə sakinin qeydiyyatdan keçmələrinə köməklik göstərilmişdir. Həmçinin  “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilmiş, sakinlərə zənglər olunaraq vaksin olmağa dəvət olunmuşlar .
Fevral ayının 8-dən etibarən COVID-19 əleyhinə vaksinasiyasının növbəti mərhələsi həyata keçirilməyə başlamışdır.
Bu mərhələnin nizamlı təşkil olunması məqsədi ilə Sahil bələdiyyəsi tərəfindən 65 yaşdan yuxarı vətəndaşlarımız 5 fevral 2021-ci il saat 00:00-dan etibarən randevu.its.gov.az internet ünvanından qeydiyyatdan keçməklə vaksinasiya olunmaq üçün ən yaxın tibb məntəqəsini seçmiş və özünün əvvəlcədən təyin etdiyi vaxtda qeydiyyatdan keçmələri üçün yaxından köməklik göstərilmişdir.

Ötən 2020-ci il ərzində bələdiyyənin imkanları daxilində Əliyeva Natəvan Əlifağa qızının təhsil haqqının ödənilməsinə 300 manat (protokol №-02 04.02.2020); Həşimov Hacı Mətləb oğluna 50 manat (protokol №-10 09.09.2020) vəsait ayrılaraq maddi köməklik olunmuşdur.

Qurban bayramı ilə əlaqədar olaraq hər biri 180 manat məbləğində olan 4 baş qoyun alınmış,  xüsusi ət kəsimi yerlərində kəsilərək hər bir ailə üçün ayrı-ayrılıqda qablaşdırılıb, paylanışı təmin olunmuşdur (protokol №-08 29.07.2020).

****

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır.

Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandığı, ölkənin, əhalinin və ərazinin, eləcə də Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin müdafiəyə hazır vəziyyətə gətirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, 28 sentyabr 2020-ci il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunmuş, hərbi əməliyyatlara hazırlıq və onların keçirilməsinə dair qərarlar qəbul edilmişdir.

Qismən səfərbərlik elan olunduğu vaxtda bələdiyyə sədri E.Əliyeva və qulluqçu X.Abbasova , Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sahil qəsəbə İnzibati Ərazi Dairəsi üzrə qəsəbə nümayəndəliyinin əməkdaşları həyəcan siqnalı ilə Sahil qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə dəvət edilmişdir. Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən təqdim olunmuş çağırış vərəqələri əsasında səhərədək ehtiyatda olan əsgərlərin, hərbi qulluqçuların evlərinə zənglər olunmuş, onlarla əlaqə saxlanılaraq ordu sıralarına çağırıldıqları barədə məlumat verilmişdir. Gecə saatlarında valideynləri ilə əlaqə saxlayarkən onların keçirtdiyi hissi, həyacanı ifadə etmək mümkün deyil. Hətta bir neçə ana idarənin inzibati binasına gəlmiş, keçirtdiyi həyacan nəticəsində kövrəlib ağlamış, onlarla söhbət edərək sakitləşdirməyə çalışmışlar.

Bələdiyyə sədri E.Əliyeva “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrasında, eyni zamanda Vətən müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifələrlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi işinin təşkilində yüksək əzmkarlıqla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına köməklik göstərdiyinə və arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə 10 dekabr 2020-ci il tarixində Fəxri fərmanla təltif olunmuşdur.

44 günlük Vətən müharibəsi başladığı gündən hər gün səhər saat 6:00-dan məlumatlandırılmış çağırışçılar inzibati binaya yaxınlaşmış, bələdiyyə quuluqçuları tərəfindən təqdim olunmuş çağırış vərəqələri ilə Qaradağ rayon icra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş avtobuslarla hərbi komissarlığa yola salınmışdır .

Beləliklə, Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.

Təəssüf ki, müharibə itkisiz olmur. Bu müharibədə yüzlərlə hərbi qulluqçumuz şəhid olmuşdur, onlardan 5 nəfər şəhid Sahil qəsəbə sakini idi.

Müharibə başlayan dönəmdə Sahil qəsəbə İƏD-i üzrə nümayəndəliyində sədr təyinatı olmadığı üçün bütün bütün proseslərin icrası bələdiyyə sədri Elmira Əliyevaya həvalə edilmişdir. Hərbi Komissarlıq və rayon rəhbərliyi tərəfindən qəsəbəyə şəhid xəbərləri birbaşa E.Əliyevaya bildirilirdi. Həmin ailəyə gedib, şəhid xəbərinin verilməsidə çox böyük məsuliyyət idi. Getdiyin ünvanda bu xəbərin verilməsi zamanı valideynlərin hansı reaksiyası ilə qarşılayacağını bilmirsən. Bir anaya övladının ölüm xəbərinin verilməsi çox çətin və ağır idi.

Bələdiyyə sədri şəhidlərimizin cənazələrinin gətirilməsi üçün hərbi komissarlığın nümayəndələri ilə əlaqə saxlamış, cənazənin tanınması üçün 1 nəfər şəhid qohumunun komissarlıq əməkdaşları ilə birgə döyüş bölgəsinə yola salınmasını təşkil etmişdir.

Komendant saatının olmasına baxmayaraq, hər bir şəhidin cənazəsi gecə ilə Qaradağ postundan bayraqlarla qarşılanmış, izdihamla qəsəbənin mərkəzinə gətirilmiş, daha sonra valideynlərinə təhvil verilmişdir. Şəhidlərin qarşılanmasında, izdihamın sakitləşdirilməsində Qaradağ rayon İcra Hakimiyyəti Başçısının nümayəndələri, Qaradağ rayonu 38-ci Polis Bölməsinin və DTX-nin Qaradağ rayon Sahil qəsəbəsi üzrə rəhbərlərinin böyük rolu olmuşdur.

Qəsəbə üzrə ilk şəhidimiz Abasov Ruslan Hikmət oğlunun cənazəsi gecə saat 11:00 radələrində qəsəbəyə gətirildi. Komendant saatı olmasına baxmayaraq izdihamla qarşılanmışdır. Cənazə valideyninə təhvil verildikdən sonra izdiham dağıdılmış, gecə saat 2:00 radələrinə qədər sədr E.Əliyeva və X.Abbasova şəhidin cənazəsi yanında olmuşdur.

Hər bir şəhid xəbəri verilərkən onların ailə üzvləri haqqında məlumatlar toplanılmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Heydər Əliyev Fondunun əməkdaşlarına məlumat verilmişdir.Eyni zamanda həmin əməkdaşlar şəhid ailələri ilə tanış edilmişdir.

Şəhidlərin dəfn mərasimində bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları yaxından iştirak etmişlər.

O cümlədən,Gəmiqayırma zavodunda çalışan Bələdiyyə üzvü N.Vəliyev isə şəhidlərin dəfnində, 3-ü, 7-si və anım günlərində şəhid ailələrinin,yaxınlarının, qəsəbə sakinlərinin Lökbatan qəbirstanlığına qəbirüstü ziyarətlərinin şirkət avtobuslarının təşkil olunmasında yaxından iştirak etmişdir.  

Sahil bələdiyyəsi tərəfindən xalqımızın qürur yeri olan bu ailələrə hər zaman diqqət və qayğı ilə yanaşılır. Müharibə əlilləri və şəhid ailələrinə baş çəkilir və onları narahat edən problemlərin həllinə köməklik göstərilir.

Sahil qəsəbəsinin ilk şəhidi Abasov Ruslan Hikmət oğlunun yas mərasiminin keçirilməsində Sahil bələdiyyə tərəfindən 700 manat məbləğində ərzaq yardımı köməklik olunmuşdur.( protokol №11   21.10.2020-ci il).

Qəsəbənin ikinci şəhidi Kəlbiyev Şaiq Namiq oğlunun yas mərasiminin keçirilməsinə 548 manat məbləğində ərzaq yardımı köməklik olunmuşdur.( protokol № 12   05.11.2020).

Şəhid Kəlbyev Şaiq Namiq oğlunun ad gününün keçirilmə mərasiminə 1000 manat ( protokol №11 06.09.2021) maddi yardım köməklik edilmişdir.

Bu qələbəyə görə biz şəhidlərimizə və qazilərimizə borcluyuq.

Allahdan şəhidlərimizə rəhmət diləyirik.

Ötən 2021-ci il ərzində bələdiyyə imkanı daxilində bir neçə qəsəbə sakininə maddi köməklik göstərmişdir. Məmmədov Rahil Aydın oğluna 30 manat (protokol № 1 28.01.2021-cil) ; Qasımova Ruhiyyə Əsgər qızına 200 manat və Hüseynova Durna Adıböyük qızına 300 manat (protokol № 03   02.03.2021) vəsait ayrılaraq maddi yardım verilmişdir.

44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun , xalqımızın zəfəri ilə başa çatması münasibəti ilə Bələdiyyə tərəfindən Sahil qəsəbəsi Kristal şadlıq sarayında 05.11.2021-ci il tarixində “Zəfər yürüşü” adlı tədbir keçirilmişdir.Tədbirə Qaradağ rayon İHB-nın nümayəndəsi Munis Bayramov, Qaradağ rayon YAP təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, “Bələdiyyə info” saytının təsisçisi Vüqar Tofiq , şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri ,qəsəbə sakinləri iştirak etmişdir. Vətən müharibəsi zamanı həlak olmuş Qaradağ rayon Sahil qəsəbə ərazisində yaşayan şəhidlərimiz  haqqında qısa məlumat verilmişdir. Tədbirin keçirilməsi üçün 864 manat məbləğində vəsait ayrılmışdır.Bələdiyyə təşəbbüsü ilə hər bir şəhid ailələrinə Qaradağ Holcim ASC tərəfindən şəhid və qazi ailələrinə ərzaq kuponu, Sahil qəsəbə ərazisində yerləşən Optimal super marlet tərəfindən hər bir qazi və şəhid ailəsinə poverbanklar təqdim olunmuşdur.(protokol №13 03.11.2021).

Novruz bayramı münasibəti ilə şəhid , qazi , aztəminatlı 15 ailəyə bayram sovqatının verilməsi üçün 1076 manat vəsait ayrılmışdır.(protokol 04 15.03.2022).

Bələdiyyənin təşəbbüsü ilə Qaradağ rayon YAP təşkilatı Sahil qəsəbəsində yerləşən Kristal şadlıq sarayında “Qaradağ rayon üzrə İkinci Qarabağ –Vətən müharibəsi şəhidlərimiz “ adlı kitabın təqdimatı olmuşdur.

19.10.2021-ci il tarixində şəhid Rəsulov Teymur Yavuz oğlunun 301 saylı uşaq bağçasının həyətində büstünün açılışında bələdiyyə üzvləri və qulluqçuları iştirak etmişdir. Mərasimdə çıxış edən şəhid yaxınları öz xatirələrini bölüşmüşlər.

23.03.2022-ci il tarixində şəhid Rəsulov Teymur Yavuz oğlunun doğum günü münasibəti ilə Sahil parkında ağacəkmə aksiyasında, 23.07.2022-ci il tarixdə isə şəhidin şeirlərindən ibarət olan “Qürub vaxtı” adlı kitabın təqdimatında bələdiyyə sədri və qulluqçuları iştirak etmişdir.

Yazıçı N.Cavadovanın Sahil qəsəbə şəhidlərindən bəhs edən “Vətən əmanəti” adlı kitabın nəşr olunması üçün bələdiyyə büdcəsindən 1200 manat (protokol №12 04.08.2022) vəsait ayrılmışdır.

2022-ci ilin 8 ayı ərzində Nəhmətov Hacı Bahadur oğluna 200 (protokol

№ 02 17.01.2022); Məmmədova Səlmi Məhəmməd qızına 100 və Məmmədov Əliheydər Əliş oğluna 100 manat (protokol № 4 15.03.2022); Məmmədova Xəyalə Sadıq qızına 200 (protokol № 06   17.05.2022);Bağıyeva Mariya Əzməmməd qızına 200 (protokol № 11 27.07.2022); I Qarabağ müharibəsi əlili Əsgərov Umud Umud oğluna 500 manat (protokol №12 04.08.2022) maddi köməklik olunmuşdur.

09.07.2022-ci il tarixində Sahil bələdiyyəsinin təşəbbüsü ilə Qurban bayramı münasibəti ilə şəhid,qazi və aztəminatlı 80 ailəyə 3kq-dan qurban payının təşkil olunmuş və paylanışı həyata keçirilmişdir.

30.08.2022-ci il tarixində şəhid Mirzəliyev Kamal Əjdər oğlunun doğum gününün ildönümünə həsr edilmiş mərasimdə sədr E.Əliyeva və bələdiyyə üzvü H.İbrahimov , N.Vəliyev iştirak etmiş, şəhid haqqında xatirələrini bölüşmüşlər.

****

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində hər yerdə olduğu kimi, Qaradağ rayonu Sahil qəsəbəsində də infrastruktur və sosial layihələr icra edilmişdir.Sahil qəsəbəsi, B.Əliyev küçəsi 49, 51,55,57,59 binalarının həyətində abad məhlə salınmışdır.Abad məhlənin açılışında Qaradağ rayon İcra Hakimiyyəti Başçısı Süleyman Mikayılov, Sahil qəsəbə üzrə nümayəndəsi Ə.Əliyev, bələdiyyə sədri E.Əliyeva və qəsəbə sakinləri iştirak etmişdir.

Sentyabr ayı ərzində şəhid Kəlbiyev Şaiq Namiq oğlunun yaşadığı M.Seyidov küçəsi ev 21A ünvanına asfalt örtüyünün çəkilmişdir.

Qaradağ rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılovun təşəbbüsü ilə Z.Qasımov küçəsi 27, 29,31,33 saylı binalarının qarşısına Sahil bələdiyyəsinin təşkilatçılığı ilə asfalt örtüyü çəkilmişdir.

Sahil bələdiyyəsi tərəfindən müharibə veteranlarına, əlillərinə, şəhid ailələrinə hər cür qayğı və diqqətin göstərilməsi mütəmadi olaraq davam etdiriləcəkdir .

****

Gənc bələdiyyə üzvü olaraq Sahil bələdiyyəsinin 2020-2022-ci illər ərzində əhalinin rifanı naminə gördüyü işlər barədə məlumatı təqdim edirəm. Vətəninə və dövlətinə sədaqətlə xidmət etməyi özünə borc bilən bələdiyyə sədri xanım Elmira Əliyevanı fərqləndirən əsas cəhət isə bələdiyyədə sağlam mühitin formalaşdırması və komandanın yaratmasıdır. Məhz bələdiyyəmizin bu gün əldə etdiyi uğurları da məhz formalaşdırılan bu komandanın fəaliyyəti hesab etmək olar.

Səbinə Ələsgərova

Qaradağ rayonu Sahil bələdiyyəsinin üzvü

 

ŞƏRHLƏR