"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyədə anim günü günü qeyd edildi

--2016-08-24 / 13:41

Binəqədi bələdiyyəsinin ictimai-humanitar sektorunun təşkilatçılığı ilə Füzuli və Cəbrayıl rayonlarının işğal günü ilə bağlı məcburi köçkünlərlə görüş keçirilib. 
Görüşdə Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşı Leyla Kərimova, Bələdiyyənin ictimai-humanitar sektorunun müdiri İradə Mustafayeva, bələdiyyə qulluqçuları, Füzuli rayonundan məcburi köçkün olan xanəndə Eldəniz Məmmədov və “Binəqədi” qəzeti iştirak ediblər.

Görüş iştirakçıları Binəqədi rayonu, 8 mkr Ş.Məmmədova küçəsində məskunlaşan Füzuli rayonundan məcburi köçkün olanTamam Ələkbərovanın ailəsində də  olublar.

Ailəni ziyarət edən görüş iştirakçıları işğal günündə belə bir görüşün keçirilməsinin əhəmiyyəti vurğulayıblar. 
Görüşdə iştirak edən məcburi köçkünlər Ölkə rəhbərliyinə, o cümlədən rayon rəhbərliyinə təşəkkür ediblər. Bu gün dövlət başçısı tərəfindən məcburi köçkün olan ailələrin məişət şəraitinin yaxşılaşdırılması istiqamətinə müsbət işlər görülür. 
Səmimi keçən görüşdə bildirilib ki, çox yaxın zamanlarda torpaqlarımız işğaldan azad olacaq və biz belə görüşləri Qarabağda, Şuşada, Xankəndində, Füzulidə , Cəbrayıl və digər torpaqlarımızda qeyd edəcəyik.

Belediyye.info

ŞƏRHLƏR