"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Belediyye.info yazdı: AĞACLARIN DİBİ ASFALT ÖRTÜYÜNDƏN TƏMIZLƏNDI, QALDI TƏQSİRKARIN TAPILMASI

--2020-09-17 / 06:08

Belediyye.infonun qaldırdığı problemə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dərhal verdiyi reaksiyadan sonra digər qurumlarda hərkətə keçərək adıçəkilən ünvandakı ağacların dibi aslaft örtüyündən təmizlənərək sulanmışdır.

Xatırladaq ki, Belediyye.infoya daxil olan məlumatda bildirilirdi ki, Bakı şəhəri M.Kaverockin küçəsi 131 saylı binanın qarşısından başlayaq Bakıxanov küçəsindəki “Azərişıq” ASC-nin müvafiq idarəsinədək (keçmiş “Bages” adlanan əraziyədək olan hissə) küçə boyu olan ağacların dibi asfaltlaşdırılıb. Asfaltlaşdırma Respublika Hərbi prokurorluğun yan tərəfindən başlayaraq, yəni Respublika Veteranlar təşkilatının qarşısından başlayaraq üz aşağı işıq idarəsinə tərəf olan hissədə təxminən yeddi ağacın ətrafını əhatə edib.

Həmin vaxt məsələyə dərhal reaksiya verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

sosial media vasitəsiylə ünvanlanan cavabında bildirilirdi:

“Aparılan araşdırma zamanı fakt təsdiqini tapmışdır. Belə ki qeyd olunan ünvanda ağacların kök çevrələri asfalt qatı ilə örtülmüşdür. Hazırda təqsirkar şəxslərin müəyyən edilməsi və ağacların kök çevrəsinin təmizlınməsi işlərinə başlanılmış və ərazi nəzarətə götürülmüşdür. Qanunamüvafiq tədbirlər görülməkdədir. Belə ki yaşıllıqlarım mühafizəsi qaydalarını pozan şəxslətin müəyyən edilərək barələrində inzibati tədbirlərin görülməsi istiqamətində Yerli İcra orqanlarə və polis əmıkdaşları ilə birgə müvafiq sənədləşdirmə işləri aparılır. Nəticə barədə yaxın saatlarda məlumat veriləcək. Qanun pozucusunun qeyri müəyyən olması səbəbindən araşdırma prosesi məcburən bir qədər gecikir.”

P.S. Ağacların dibi aslfat örtüyündən təmizləndi, qalır təqsirkarın tapılıb cərimə edilıməsi.

P.S.S.http://belediyye.info/new/details/ekologiya-ve-tebii-servetler-nazirliyinin-diqqetine:-cerime-edilmeli-olan-orqanin-unvani-deqiq-tapilsin--6106.htm?fbclid=IwAR0kQnMS4tdHW57JErzLOFb4FvoPw0-euU2ngTRV2ysJXlwO78JAUcVgQtk

Belediyye.info

ŞƏRHLƏR