"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Belediyye.info yazdı, nazirlik araşdırma apardı və “məcburi göstəriş” verildi

--2019-11-01 / 18:24

Cari ilin oktyabrın ikisində sayta edilən müraciət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinə etdiyimiz müraciət cavabsız qalmayıb. Sosial media üzərindən etdiyimiz müraciəti olduğu kimi təqdim edirik:

“Hörmətli Belediyye Xeberleri, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 99 ünvanında yerləşən binanın həyətində “qeyri-adi ofis icarəyə verilir” müraciətiniz ilə əlaqədar əməkdaşlarımız tərəfindən yerində araşdırılma aparılmışdır.

Aparılan araşdırma və əraziyə baxış zamanı ofis binasının qarşı tərəfində artırmanın daxilində 1 ədəd Sərv ağacının olduğu müəyyən edilmişdir. Mövcud vəziyyət qanunamüvafiq qaydada sənədləşdirilərək akt tərtib olunmuş və ağacın tikintinin daxilindən çölə çıxarılması üçün “Novruz” MTK-nın sədri C. Əzimova icrası məcburi olan müddətli “Məcburi Göstəriş” verilmişdir.

Həmçinin artırmanın sökülməsi və ağacın çölə çıxardılmasının təmin olunması məqsədilə Nəsimi rayon İcra Hakimiyyətinə məktubla müraciət olunmuşdur.”

İnanırıq ki, Nəsimi RİH nazirliyin müraicətini cavabsız qoymayacaq. 

 Məlumatla buradan tanış olmaq olar:

http://belediyye.info/new/details/bakida-qeyri-adi-ofis-icareye-verilir--5492.htm?fbclid=IwAR1ab6ZK6XFLLbsYc7JzjxAQWqR09yz3qI-Q-jMQToxXMlQ6iDbZOL1e3AY)

ŞƏRHLƏR