"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Belediyye.info “Fəxri Fərman”la təltif edilib

--2019-02-12 / 09:57

Bələdiyyələrin fəaliyyətinin təbliğində yerli sosial-iqtisadi proqramlarının sosial şəbəkədə işıqlandırılmasında, geniş oxucu auditoriyasının, sakinlərin diqqətinə çatdırılmasında Belediyye.info saytının əvəzsiz rolu vardır.

Belediyye.info saytı tərəfindən bələdiyyələrin xüsusilə də Mərdəkan bələdiyyəsinin fəaliyyəti ictimailəşdirilir, qəsəbədə aparılan quruculuq və abadlıq işləri barədə, tədbirlərimiz, hesabatlarımız, həmçinin ümumi fəaliyyətimiz lazımı səviyyədə təbliğ olunur. Eyni zamanda Belediyye.info saytı vasitəsilə bir çox aktual mövzular və qanunvericilikdə baş verən bir çox yeniliklər haqqında məlumat verilir və ala bilirik.

Ötən illərdəki fəaliyyətimizin təbliğində göstərdiyi diqqətə görə Belediyye.info saytının təsisçisi Vüqar Tofiqli Mərdəkan bələdiyyəsi üzvlərinin yekdil rəyi ilə bələdiyyəmizin “Fəxri Fərman”ı ilə təltif edilmişdir.

Bu təltif əməkdaşlığımıza bir daha stimul yaradacaqdır.

Sabir Dadaşov

Xəzər rayonu Mərdəkan bələdiyyəsinin sədr müavini

ŞƏRHLƏR