"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə üzvünün ölkəmizdəki səfirlərin Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycana münasibətini əks etdirən kitab çap olundu:“Azərbaycan xarici səfirlərin gözü ilə”

--2020-10-04 / 08:40

Gənc yazar Qaradağ bələdiyyəsinin üzvi Leyla Şahın(Əsədullayevanın) yeni “Azərbaycan Xarici Səfirlərin Gözü ilə”kitabında Dağlıq Qarabağ münaqişəsinə hal-hazırda ölkəmizdəki səfirlərin münasibəti əks olunub.

 Qaradağ rayonu Körgöz qəsəbə bələdiyyəsinin üzvü Leyla Şahın “Azərbaycan Xarici Səfirlərin Gözü ilə” adlı kitabı çap olunub. Kitabda hal-hazırda Azərbaycanda fəaliyyət göstərən bir çox səfirlərlə və BMT, USAID kimi nüfuzlu təşkilatların rəhbərləri ilə müsahibələr aparılıb.Müsahibə zamanı müəllif uzun illərdir Azərbaycanın işğal olunmuş tarixi torpağı Dağlıq Qarabağ bölgəsi və Ermənistanın Azərbaycana təcavüzü haqqında səfirlərə və diplomatik nümayəndələrə məlumatlar verib və onların Dağlıq Qarabağ haqqında fikirlərini öyrənib.

Səfirlərin bir çoxu Azərbaycanadakı mövcud siyasi sabitlikdən razı olduqlarını və Azərbaycanın uğurlu inkişafına heyran olduqlarını bildiriblər.Dağlıq Qarabağla bağlı məsələdə isə səfirlərin bir çoxu təmsil etdikləri ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tamamilə dəstəklədiklərini ifadə etmişlər.

Bəzi səfirlər və diplomatik nümayəndələr isə münaqişənin BMT qətnamələri əsasında həllinin tərəfdarı olduqlarını bildiriblər. Qeyd edək ki, Leyla Şah(Əsədullayeva) 2019-cu ildə keçirilən bələdiyyə seçkilərinin qalibi olub.Azərbaycanın haqq səsini qaldırdığı və dövlətimizə göstərdiyi köməklik üçün gənc bələdiyyə üzvi Leyla xanıma bütün bələdiyyələrimiz adından təşəkkür edir və gələcək fəaliyyətində uğurlar arzu edirik.

Qeyd edək ki, Leyla Şah həmdə Qaradağ rayonu Korgöz bələdiyyəsinin üzvüdür  

Belediyye.info

ŞƏRHLƏR