"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə üzvünün biri dövlət qulluğuna təyinat alıb, digəri bələdiyyə sədri seçilib

--2022-05-23 / 17:47

Qaradağ rayonu Müşfiqabad bələdiyyəsinin sədri Vüqar Əliyev dövlət qulluğuna təyinat alıb. Belediyye.infoya daxil olan məlumata görə, Qaradağ RİH başçısı S.Mikayılovun əmriylə V.Əliyev Qaradağ RİH başçısının Lökbatan qəsəbəsi üzrə nümayəndəliyinin rəhbəri təyin edilib.

Qeyd edək ki, V.Əliyev 2014 və 2019-ci illərdə keçirilən seçkilərdə bələdiyyə üzvü və 2015 və 2020-ci ilin yanvarından isə Müşfiqabad bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdi.

***

Xətai rayon Əhmədli bələdiyyəsinin sədri Pərviz Quliyev bələdiyyə iclasının qərarıyla vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, ilk bələdiyyə seçkilərindən bələdiyyə üzvü seçilən P.Quliyev fasilələrlə 15 ilə yaxın Əhmədli bələdiyyəsin sədri vəzifəsində çalışıb.

Əhmədli bələdiyyəsinin sədri vəzifəsinə isə bələdiyyə iclasının qərarıyla gənc və perspektivli bələdiyyə üzvü Allahverdi Həsənli seçilib.

Qeyd edək ki, Allahverdi Həsənli 2019-cu ildə ilk dəfə bələdiyyə seçkilərinə qatılıb və bələdiyyə üzvü seçilib. Sədr seçilənədək isə Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqı Respublika Komitəsində çalışıb.

Belediyye.info

ŞƏRHLƏR