"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə üzvü: “Heç kəsin tanımadığı kitab "yazan” - yazmayan bəziləri AYB-də təqaüd alır, illərin istedadlı qocaman şairi yox? ”

--2019-04-09 / 17:49

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında  deputat Fazil Mustafa deyib. “Azərbaycanın nomenklaturada olmayan şairlərindən biri Musa Yaqubdur. Hazırda onun vəziyyəti ağırdır. Müsahibəsində deyir ki, müalicəyə göndərən yoxdur. Mən demirəm ki, niyə Musa Yaqub, Ramiz Rövşən xalq şairi deyil? Bunları bir tərəfə qoyuram. Biz  ölkə üçün xeyri olmayan yüzlərlə adama dəstək veririk. Dəstək verilən insanların arasında fayda verənlər də var. Biz yaradıcı insanlarımıza dəyər verməliyik” - deputat qeyd edib.”

 Məsələ ilə Xətai bələdiyyəsinin üzvü, gənc fəal Səbinə Abdulayevada biganə qalmayaraq öz Facbook səhifəsində maraqlı açıqlama ilə çxıış edib:

“Xalqın sevimli istedadlı şairi Musa Yaqub prezident təqaüdü almırmış və üstəlik də xəstəliyi ilə bağlı mualicə AYB heç bir kömək etmir deyə bir xəbər oxudum. Heç kəsin tanımadığı mənasız bayağı, şer, hekayə, kitab "yazan” - yazmayan bəziləri AYB-də təqaüd alır, illərin istedadlı qocaman şairi yox? Onda sual olunur, dövlət büdcəsindən niyə o quruma pul ayrılır?”

Belediyye.info

ŞƏRHLƏR