"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə üzvü rəis müavini təyin edilib

--2019-01-18 / 18:26

Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin komissiya sədri Şəhla Yusifzadə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional bölməsinin rəis müavini təyin edilib.

Bu təyinat bir müddət əvvəl baş tutub.

Belediyye.infoya daxil olan bu məlumatı   bələdiyyə üzvü olan Şəhla Yusifzadənin özü də təsdiqləyib.

Qeyd edək ki, iqtisad elmləri üzrə fəlsəfə doktoru olan Şəhla Yusifzadə 1994-1998-ci llərdə Bakı Əmtəəşünaslıq İnstitutunun bakalvar, 1998-2000-ci llərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura pilləsini uğurla bitirib.

2015-ci ildə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru   elmi dərəcəsini alıb.

Hazırda İqtisad Universitetində baş müəllim vəzifəsində çalışır.

Onlarca beynəlxalq konfranslarda qida təhlükəsizliyinə dair məruzələr çıxışları olub, yerli və xarici elmi- nəzəri dərgilərdə 50 –dən artıq elmı məqalənin müəllifidir. Bir neçə dərs proqramının, iki ixtiranın həmmüəllifidir.

2009-cu ildə bələdiyyə seçkilərinə qatılıb. 2010-cu ildən 2014-cü ilədək Qaraçuxur bələdiyyəsinin sədr müavini, 2014-cü ildən komissiya sədri vəzifəsinə seçilib.

Belediyye.info

 

ŞƏRHLƏR