"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə üzvü olan müharibə veteranı vəfat etdi

--2021-08-01 / 20:16

Fedai.az saytı xəbər verir ki, nə qədər ağır olsa da və bu acı xəbərə inanmasaq da Kamil Şirinov 57 yaşında sıralarımızı tərk etdi. Döyüş və ictimai həyatdakı dostlarına vida etdi. Amansız koronavirus daha bir veteranımızın həyatına nöqtə qoydu.

Nə qədər ağır olsa da, bildiririk ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin I müavini Kamil Şirinov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi, rayon şöbələrinin üzvləri və Fedai.az kollektivi adından Kamil Şirinovun yaxınlarına, Şirinovlar ailəsinə bu acı xəbərdən kədərləndiklərini bildirir və dəri hüznlə başsağlığı verirlər.

AVMVİB Mətbuat Xidməti

*****

Onu da əlavə edək ki, Xırdalan şəhər bələdiyyəsindən bildirilib ki, Kamil Şirinov həm də Xırdalan şəhər bələdiyyəsinin ən fəal üzvlərindən idi. O I Qarabağ müharibəsinin iştirakçısı. Onun həm də II Qarabağ Müharibəsində çox böyük zəhməti olub.

Başın sağ olsun, Vətən!

Məkanın cənnət olsun!

ŞƏRHLƏR